Siyasət
Ağ Evin mətbuat katibi "erməni soyqırımı"nı xatırlatdı
7 İyul, 2020
799
Halbuki administrasiya hadisəni soyqırım kimi tanımır

Bazar ertəsi mətbuat konfransında Ağ Evin mətbuat katibi Kayleigh McEnany "erməni soyqırımı”na ABŞ hökumətinin rəsmi mövqeyinə qarşı olan bir tərzdə istinad edib, - "Business İnsider” xəbər verir.

ABŞ rəsmi olaraq ermənilərin 1915-ci ildə öldürülməsini tanımır. Lakin konqresin hər iki palatası 2019-cu ilin payızında baş verən hadisələri soyqırım kimi tanımış, "erməni soyqırımı” ilə bağlı qətnamələr qəbul etmişdi.

McEnany irqçilik və polis vəhşiliyinə qarşı ümumxalq etirazları zamanı son vaxtlar vandalizə edilmiş abidələr haqda danışarkən 
"Erməni Soyqırımı Memorialı” na da istinad edib.

"İnsanlıq əleyhinə olan cinayətləri, o cümlədən köləliyin qurbanlarını xatırladan Erməni Soyqırımı Memorialının vandalizə edilməsi tarixi biliyin çatışmazlığından xəbər verir,” - McEnany deyib. Baxmayaraq ki, McEnanynin təmsil etdiyi hakimiyyət 1915-ci il hadisələrini soyqırım olaraq tanımır.

Ağ Ev "Business Insider”-in Tramp administrasiyasının I Dünya Müharibəsini ermənilərin soyqırımı kimi tanıyıb tanımaması ilə bağlı suallarını cavabsız qoyub.

Türkiyənin Vaşinqtondakı səfirliyi də məsələ ilə bağlı səssizliyini qoruyub.

Lakin Amerikanın Erməni Məclisinin rəhbəri Bryan Ardouny bəyanat verərək administrasiyanın Denverdə vandalizmə edilmiş "erməni soyqırımı” abidəsini vurğulamasını təqdir edib.

1915-ci ildə Osmanlı hökuməti tərəfindən ermənilərin kütləvi qətlini bəzi dövlətlər soyqırım kimi tanıyır və hər il 24 aprel dünyada qeyd olunur. Lakin Türkiyə hökuməti bunu I Dünya Müharibəsi vəhşiliyi adlandıraraq ermənilərin kütləvi qətlini rədd edir.

Sayt yazır ki, NATO müttəfiqi olan Türkiyəni qəzəbləndirməmək üçün ABŞ hökuməti də hadisəni "kütləvi vəhşilik” adlandıraraq "soyqırım” deməkdən çəkinib.
 
azadliq.org
Siyasət

Satirik şairlə profilaktik söhbət ediblər

6 Mart 2021

Toplum TV

Salyanda yaşayan gənc satirik İbrahim Xudayi (Xudiyev) martın 5-də yerli polis şöbəsinə aparılıb.   Bu barədə "Turan" xəbər verir.  Bildirilir ki, rayon polis şöbəsində şairlə profilaktik söhbət aparılıb: “Mənə dedilər ki, güldən, çiçəkdən yazım.  Rəis tapşırdı ki, hökumətdən, dövlət adamlarından şeir yazmayım.  Bundan sonra məni buraxdılar”.  İ. Xudayi 1990-cı ildə Salyan şəhərində anadan olub.  Salyan Yaşıllaşdırma idarəsində işləyir - yol kənarlarını təmizləyir. Azərbaycanda satirik şairlər əvvəllər də təzyiqlərə məruz qalıblar. Mirzə Sakit və Tofiq Həsənli narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə mühakimə olunublar.
Siyasət

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

6 Mart 2021

"Sputnik"

Martin 6-ı Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. “Toplum TV” M.Ə.Rəsulzadənin ömür yolu haqqında Nəsiman Yaqublununun məqaləsini təqdim edir.   1884-cü il 31 yanvar – M.Ə.Rəsulzadə Bakı quberniyası Bakı qəzasının Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlib. 1901-1903-cü illər – İlk təhsilini bu kəndin axundu olan atasından alıb. Sonradan Bakı şəhərində Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman və Rusi” məktəbində, eləcə də Bakı Texniki məktəbində rus dilində təhsil alıb. 1903-cü il – “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsini...
Seçilmiş Videolar