Açıq mənbələrdən götürülüb
Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bununla bağlı aprelin 19-da Prezident İlham Əliyev sərəncam imzalayıb.
Anar Məhərrəmovun yerinə yeni səfir də təyin olunub.
İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək, İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Rəsmi səhifə
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot