Siyasət

ABŞ Azərbaycanı ATƏT-lə əməkdaşlığa çağırır

7 Oktyabr, 2022
444

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və bu işdə tərəflərə yardımın göstərilməsində yaxından iştirak edir".

Bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter dünən ATƏT-in Vyanadakı Daimi Şurasına ünvanladığı müraciətində bildirib. Bu barədə "Azadlıq radiosu"nun Ermənistan şöbəsi məlumat yayıb

Səfir ABŞ-ın səylərini, xüsusilə də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təşkil olunan görüşün əhəmiyyətini vurğulayıb.

https://toplum.tv/siyaset/ermenistan-azerbaycanin-erazi-butovluyunu-tanidi

Karpenterin müraciətində ​​ABŞ, Ermənistan və Azərbaycanın xarici işlər orqanlarının rəhbərləri - Entoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramovun üçtərəfli görüşünün vacibliyi qeyd olunub və 17 erməni hərbi əsirinin vətənlərinə qaytarılması mühüm nailiyyət kimi göstərilib. 

"Biz Ermənistan və Azərbaycanı  məsələləri danışıqlar masası arxasında həll etməyə çağırırıq", - ABŞ-ın ATƏT-dəki səfiri bildirib.

Karpenter qeyd edib ki, ABŞ ATƏT-in etimadın yaradılması və münaqişələrin qarşısının alınması alətlərinin, o cümlədən Ermənistanın faktaraşdırıcı missiya ilə bağlı təklifinin aktivləşdirilməsini qətiyyətlə dəstəkləyir.

Xatırlatma 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda keçirilən şəhərsalma forumundakı çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid etmişdi. 

“BMT, ATƏT və digərləri kimi aparıcı beynəlxalq təşkilatların Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, qərarlar qəbul etməsinə, xüsusilə də təxminən 30 il kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və bizim Ermənistana sanksiyaların tətbiq edilməsinə dair bütün çağırışlarımıza baxmayaraq, biz müvəffəq ola bilmədik. Beləliklə, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə bir növ göz yummağa qərar verdi. Ən təəssüf doğuran isə bu idi ki, ATƏT-dən mandatı olan struktur “Minsk Qrupu” və onun həmsədrləri işğal altındakı əraziləri dəfələrlə ziyarət etdilər, bütün şəhər və kəndlərin qəddarcasına məhv edilməsinə, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşmasına şahid oldular, ancaq Ermənistanı qınamadılar. Bu 28 illik “fəaliyyət” boyunca onlar tərəfindən Ermənistana bircə kəlmə də olsa qınaq yox idi. Əlbəttə, biz indi bu Minsk Qrupunun canlandırılması üçün bəzi səylər görürük, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar mandatlarının həyata keçirilməsi üçün heç nə etmədilər. Onların etdiyi yeganə şey əslində müəyyən dərəcədə Ermənistanın təcavüzünü legitimləşdirmək oldu. Onlar təcavüzkarla bu təcavüzün qurbanı olan arasında balans yaratmağa çalışdılar. Ona görə də Azərbaycanın özünün beynəlxalq hüququ bərpa etdiyi, BMT Təhlükəsizlik Şurası qətnamələrini həyata keçirdiyi , BMT Xartiyasını, xüsusilə də özünümüdafiə ilə bağlı paraqrafını istifadə etdiyi və milli ləyaqətimizi bərpa etdiyi bir vaxtda biz başqa bir vasitəçiliyə ehtiyac duymuruq”, - Əliyev çıxışında qeyd etmişdi. 

O həmçinin bildirmişdi ki, Azərbaycanın Qarabağ regionunda yaşayan "erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo