Siyasət

ABŞ Azərbaycanı ATƏT-lə əməkdaşlığa çağırır

7 Oktyabr, 2022
437

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və bu işdə tərəflərə yardımın göstərilməsində yaxından iştirak edir".

Bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter dünən ATƏT-in Vyanadakı Daimi Şurasına ünvanladığı müraciətində bildirib. Bu barədə "Azadlıq radiosu"nun Ermənistan şöbəsi məlumat yayıb

Səfir ABŞ-ın səylərini, xüsusilə də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təşkil olunan görüşün əhəmiyyətini vurğulayıb.

https://toplum.tv/siyaset/ermenistan-azerbaycanin-erazi-butovluyunu-tanidi

Karpenterin müraciətində ​​ABŞ, Ermənistan və Azərbaycanın xarici işlər orqanlarının rəhbərləri - Entoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramovun üçtərəfli görüşünün vacibliyi qeyd olunub və 17 erməni hərbi əsirinin vətənlərinə qaytarılması mühüm nailiyyət kimi göstərilib. 

"Biz Ermənistan və Azərbaycanı  məsələləri danışıqlar masası arxasında həll etməyə çağırırıq", - ABŞ-ın ATƏT-dəki səfiri bildirib.

Karpenter qeyd edib ki, ABŞ ATƏT-in etimadın yaradılması və münaqişələrin qarşısının alınması alətlərinin, o cümlədən Ermənistanın faktaraşdırıcı missiya ilə bağlı təklifinin aktivləşdirilməsini qətiyyətlə dəstəkləyir.

Xatırlatma 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda keçirilən şəhərsalma forumundakı çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid etmişdi. 

“BMT, ATƏT və digərləri kimi aparıcı beynəlxalq təşkilatların Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, qərarlar qəbul etməsinə, xüsusilə də təxminən 30 il kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və bizim Ermənistana sanksiyaların tətbiq edilməsinə dair bütün çağırışlarımıza baxmayaraq, biz müvəffəq ola bilmədik. Beləliklə, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə bir növ göz yummağa qərar verdi. Ən təəssüf doğuran isə bu idi ki, ATƏT-dən mandatı olan struktur “Minsk Qrupu” və onun həmsədrləri işğal altındakı əraziləri dəfələrlə ziyarət etdilər, bütün şəhər və kəndlərin qəddarcasına məhv edilməsinə, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşmasına şahid oldular, ancaq Ermənistanı qınamadılar. Bu 28 illik “fəaliyyət” boyunca onlar tərəfindən Ermənistana bircə kəlmə də olsa qınaq yox idi. Əlbəttə, biz indi bu Minsk Qrupunun canlandırılması üçün bəzi səylər görürük, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar mandatlarının həyata keçirilməsi üçün heç nə etmədilər. Onların etdiyi yeganə şey əslində müəyyən dərəcədə Ermənistanın təcavüzünü legitimləşdirmək oldu. Onlar təcavüzkarla bu təcavüzün qurbanı olan arasında balans yaratmağa çalışdılar. Ona görə də Azərbaycanın özünün beynəlxalq hüququ bərpa etdiyi, BMT Təhlükəsizlik Şurası qətnamələrini həyata keçirdiyi , BMT Xartiyasını, xüsusilə də özünümüdafiə ilə bağlı paraqrafını istifadə etdiyi və milli ləyaqətimizi bərpa etdiyi bir vaxtda biz başqa bir vasitəçiliyə ehtiyac duymuruq”, - Əliyev çıxışında qeyd etmişdi. 

O həmçinin bildirmişdi ki, Azərbaycanın Qarabağ regionunda yaşayan "erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Azərbaycan və Ermənistan XİN rəsmiləri Berlində görüşüb

28 Fevral 2024

Rəsmi səhifə

Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü keçirilib. Toplum TV xəbər verir ki, bu barədə fevralın 28-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb. “Sülh sazişi layihəsini müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş  Berlində Federal Xarici İşlər Nazirliyinin Villa Borsiq evində başlayıb”, - məlumatda qeyd olunub. https://toplum.tv/siyaset/pilham-eliyev-makron-ve-borreli-tenqid-edibp Görüş barədə əlavə təfərrüat verilməyib.  Qeyd edək ki, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şolz, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol...
Siyasət

Putin Azərbaycanla müttəfiqlik əlaqələrinin əhəmiyyətindən danışıb

28 Fevral 2024

Rəsmi səhifə

"Rusiya-Azərbaycan əməkdaşlığı xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir".  Toplum TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 12-ci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına ünvanladığı təbrik məktubunda deyib. “Regional əməkdaşlıq Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqliyin mühüm tərkib hissəsidir, bu, xalqlarımız arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir, hər iki ölkə vətəndaşlarının rifahı üçün qarşılıqlı faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi imkanlarını genişləndirir, əməkdaşlığın yaxşılaşdırılmasına şərait yaradır”, - mesajda deyilir. https://toplum.tv/siyaset/pazerbaycan-avropa-surasindan-tamamile-ccedilixa-biler-prezidentp Putinin sözlərinə görə, müntəzəm görüşlər hökumət orqanları, ictimaiyyət, biznes və elmi dairələr arasında ikitərəfli qarşılıqlı fəaliyyətin aktual məsələləri üzrə birbaşa dialoqu təmin edir.  Prezident,...

Seçilmiş Videolar

Toplum TV loqo