Bloomberg
“Biz Qafqazda Azərbaycan və Ermənistan hökumətləri arasında birbaşa dialoqun davam etdirilməsini alqışlayırıq”.
Bunu ABŞ dövlət katibi Entoni Blinken Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib. APA xəbər verir.
“Biz onları saxlanılanlar, minaların təmizlənməsi, itkin düşən şəxslər də daxil olmaqla humanitar məsələlərlə bağlı proqres əldə etməyə çağırırıq. Biz tərəfləri sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat bağlantılarının bərpası kimi həllini gözləyən digər məsələləri həll etməyə çağırırıq”, - deyə Blinken bildirib.
Rəsmi səhifə
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot