Açıq mənbələrdən götürülüb
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Kara Makdonald Azərbaycana gəlib.
ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir ki, iyunun 13-15-də o, dövlət məmurları , hüquq müdafiəçiləri, müstəqil KİV-lərin və siyasi partiyaların nümayəndələriylə görüşlər keçirəcək.
Makdonald Dövlət Departamentində Avropa, Cənub və Mərkəzi Asiya Bürosunun işinə, həmçinin çoxtərəfli məsələlər üzrə qrupa kuratorluq edir.
Demokratiya, İnsan Hüquqları və Əmək Məsələləri Bürosu qanunun aliliyi, insan haqları və əsas azadlıqlar daxil olmaqla, universal dəyərləri dəstəkləyir.
Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycana səfər edəcəyi bildirilmişdi.
Dövlət Departamentinin məlumatına görə, Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
Bildirilir ki, Donfrid iyunun 15-16-da Bakıda səfərdə olacaq, Prezident İlham Əliyev, digər dövlət məmurları və vətəndaş cəmiyyəti nümayəndələrilə görüşəcək.
Açıq mənbələrdən götürülüb
"president.az"
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?