Siyasət

ABŞ Dövlət Departamenti: Azərbaycanda insan hüquqlarının pozuntusu davam edir

13 Aprel, 2022
153

REUTERS

Azərbaycanda 2021-ci il həbsxanalarda sərt, bəzən isə həyat üçün təhlükəli saxlanma şəraitlərini; özbaşına həbsləri; siyasi məhbusları və digər sui-istifadələrlə müaşahidə olunub.

ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatında belə deyilir.

Hesabat qurumun rəsmi saytında dərc olunub.

Hesabatda söz azadlığı və KİV sahəsində ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılığı, böhtanın kriminallaşdırılması, həmçinin jurnalistlərin şübhəli ittihamlarla təzyiqə məruz qalması və azadlıqdan məhrum edilməsi; internet azadlığında ciddi məhdudiyyətlər, o cümlədən veb-saytların bloklanması; dinc toplaşma hüququnun faktiki olaraq qadağan edilməsi və assosisasiya azadlığına ciddi müdaxilə; yerdəyişmə azadlığına məhdudiyyətlər əksini tapıb.

Həmçinin, siyasi həyatda iştirakla bağlı ciddi məhdudiyyətlər, hökumətdə sistemli korrupsiya, cinsi meylə görə polisin insanlara qarşı amansızlığı, işçilərin birləşmək azadlığının ciddi şəkildə məhdudlaşdırılması və uşaq əməyinin ən pis formalarının mövcudluğu hesabatda yer tutub."

Dövlət departamenti hesab edir ki, Azərbaycanda hökumət insan hüquqlarının pozuntusuna və korrupsiya aktlarına yol vermiş bir çox vəzifəli şəxsləri təqib etməyib və cəzalandırmayıb, cəzasızlıq problem olaraq qalıb.


 

Siyasət

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ləğv edildi

19 May 2022

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib. “president.az”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev mayın 19-da fərman imzalayıb. Fərmana əsasən, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb. Bildirilib ki, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək. Hüquq və İnsan Haqları İnstitutunun direktoru deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayevadır. Qurum 1999-cu ildə yaradılmışdı. İlham Əliyev Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsini də ləğv edib. Ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün prezidentin Sərəncamı ilə...
Siyasət

Avropa İttifaqı 14 may aksiyasına münasibət bildirdi

Roza Məmmədova
19 May 2022

Toplum Tv

“Azərbaycanda qanunun aliliyi və fundamental azadlıqların müdafiəsi sahəsində baş verən hadisələri diqqətlə izləyir və mütəmadi olaraq hakimiyyət orqanları ilə aparılan dialoqda öz narahatlığımızı bildiririk”. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə iddiaları ilə bağlı “Toplum TV”nin sorğusuna Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyi belə cavab verib. Əlavə olaraq, bu yaxınlarda Aİ nümayəndəliyinin jurnalist Aytən Məmmədova ilə görüşdüyü xatırladılıb. “Bundan əlavə, Avropa Xarici Əlaqələr Xidmətinin (AXƏX) Mətbuat Katibi Peter Stano mayın 10-da dərc olunmuş “tvit”də xanım Məmmədovaya qarşı edilən hücumu açıq şəkildə pisləyib. O, qeyd edib ki, “jurnalistlər öz işlərini yerinə yetirərkən təhlükədə olmamalı, təhdid...

Seçilmiş Videolar

Toplum TV loqo