Siyasət

ABŞ Dövlət Departamenti Edilli kütləvi məzarlığı barədə açıqlama verib

7 Oktyabr, 2022
200

Rəsmi səhifə

ABŞ Dövlət Departamenti Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıqla bağlı açıqlama verib. Bu barədə informasiya qurumun rəsmi saytında dərc olunub. 

Departamentin sədr müavini Vedant Patel məsələylə əlaqədar bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı hərbi cinayətlərdə təqsirli olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir.

“Biz uzun müddətdir davam edən bu münaqişə nəticəsində insan tələfatından sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı çoxlu ailələr öz yaxınlarını itirib”, - deyə o qeyd edib. 

https://toplum.tv/sosial/edillide-qazintilar-davam-etdirilecek

Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıq oktyabrın 4-də aşkarlanıb. Qazıntılar zamanı məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən onların azərbaycanlı hərbçilər olduqları bildirilir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Fransa Azərbaycanla bağlı daha bir qətnamə qəbul etdi - Bakıdan reaksiya

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) Azərbaycana qarşı qətnamə qəbul edib.  Toplum TV xəbər verir ki, noyabrın 30-da qəbul edilən sənəddə "erməni hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad olunması, Azərbaycan suveren Ermənistan ərazisinə hücumları davam etdirərsə, fərdi sanksiyaların tətbiqi" tələb olunur.  Səsvermədə 256 deputat qətnamənin lehinə səs verib, əleyhinə isə səs verən olmayıb. Anoloji qətnamə bir müddət əvvəl Fransa Senatında da qəbul olunmuşdu.   https://toplum.tv/siyaset/makron-azerbaycani-ittiham-edib-ermenistani-tek-qoymacaqlarini-bildirib Bu gün, dekabrın 1-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı açıqlama yayıb. XİN bildirir ki, Azərbaycan əleyhinə qəbul edilmiş "yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda...
Siyasət

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

23 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Toplum TV xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.  Bildirilir ki, geri qaytarılma prosesi noyabrın 30-da baş tutub və “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.  https://toplum.tv/multimedia/deportasiya-olunan-muhacirler-almaniyadan-edalet-teleb-edir Məlumatda Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu geri qaytarılan vətəndaşların yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində tədbirlərin görüldüyü də qeyd edilib. 

Seçilmiş Videolar

Toplum TV loqo