Siyasət

ABŞ dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistana çağırış etdi

9 İyun, 2021
93

Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı ABŞ-ın prioritet hesab etdiyi mövzular üzrə danışıqlar aparılıb: energetika və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik. 

"Turan"ın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ Azərbaycanı strateji tərəfdaşı hesab edir.

O, Azərbaycandan Avropaya qazın çatdırılmasını və bu qitənin enerji təhlükəsizliyini təmin edən TAP qaz dəhlizinin tikintisinin başa çatdırıldığını qeyd edib.

Regionda vəziyyətə toxunan Riker Vaşinqtonun Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətdən, gərginliyin artmasından və erməni hərbçilərin əsir düşməsindən narahatlığını ifadə edib.

O, minaya düşən azərbaycanlı jurnalistlərin də həlak olmasını kədərli hadisə adlandırıb.

“Ermənistanla Azərbaycan arasında münaqişədə çox həyat itirilib və yeni eskalasiyanın mümkünlüyünü çox narahatlıq yaradır. Odur ki, hər iki tərəfi sərhədlərin demarkasiyası məsələlərini sülh yolu ilə həll etməyə və qoşunları sərhəddən çıxarmağa çağırırıq", - deyə Riker qeyd edib.

Riker deyib ki, ABŞ hər iki tərəfi münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında mümkün qədər tez obyektiv danışıqlara başlamağa çağırır. O əlavə edib ki, ATƏT nəinki münaqişənin özünün, həm də onun humanitar məsələlər də daxil olmaqla, nəticələrinin həllinə kömək etməyə hazır olan təşkilatdır.

Daha sonra o, insan hüquqları və əsas azadlıqlar, həmçinin vətəndaş cəmiyyəti və müstəqil media məsələlərinin vacibliyini yada salıb. İlham Əliyevlə görüş zamanı bunlar da müzakirə edilib.

“ABŞ Ermənistanla Azərbaycan arasında sərhəddin demarkasiyasına necə kömək edə bilər” - sualının cavabında Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Bu, həm də texniki prosesdir və ABŞ burda yardım göstərməyə hazırdır. "Biz hər iki tərəfi qoşunlarını çıxarmağa və demarkasiya prosesinə başlamağa çağırırıq", - deyə o qeyd edib.

Minsk Qrupu mövcuddur, ya yox? Prezident Əliyev deyib ki, münaqişə həll olunub və Minsk Qrupu işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edə bilər. Hazırda regionda məsələləri Rusiya, Türkiyə və Azərbaycan həll edirlər. ABŞ-ın oyundan kənar qalması fikri ilə razısınızmı? - sualına cavabında Riker deyib ki, dövlət katibi Blinken və prezident Bayden çox aydın şəkildə bildiriblər ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münaqişənin həllinin axtarışında iştirak etmək niyyətindədir. O deyib ki, ABŞ həmçinin bu səyləri Minsk Qrupunun digər üzvləri – Rusiya və Fransa ilə birlikdə davam etdirmək niyyətindədir.

ABŞ regionda Türkiyənin rolunun güclənməsinə necə yanaşır? Bu sualın cavabında Riker deyib ki, Türkiyə ABŞ-ın müttəfiqidir və iki ölkənin əməkdaşlıq məsələləri Bayden və Ərdoğanın qarşıdakı görüşündə diqqət mərkəzində olacaq. "Bizim aramızda fikir ayrılığı var, ancaq biz onları diplomatik yollarla həll edirik", -  deyə o əlavə edib.

ABŞ Qarabağda sülhyaratma məsələsində Rusiyanın inhisarına necə baxır? Səfər zamanı Rikeri müşayiət edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endrü Şofer  bu suala cavabında deyib ki, barışıq haqda üçtərəfli bəyanat rusiyalı sülhməramlıları dəvət edən tərəflər arasında imzalanıb. “Biz atəşkəsi alqışlayırıq və tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bu sənəd sülhməramlıların beşillik mövcudluğunu nəzərdə tutur. Hər iki tərəfin bu vaxtdan istifadə etməsi və davamlı sülhün bərqərar olması çox vacibdir",- Şofer deyib və əlavə edib ki, bu prosesə digər iştirakçılar və qüvvələr də cəlb oluna bilər, ancaq bu barədə beş ildən sonra danışmaq lazımdır.

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar