Siyasət
ABŞ dövlət katibindən Belarusdakı vəziyyətə münasibət
13 Avqust, 2020
Baxış: 1079
ABŞ dövlət katibi Mayk Pompeo avqustun 12-də Praqada AzadlıqRadiosuna verdiyi müsahibədə Belarusdakı hadisələrə münasibət bildirib.

AzadlıqRadiosunun müxbiri Rey Furlong-un ABŞ-ın Belarusa neft verilməsini davam etdirib-etdirməyəcəyi barədə sualının cavabında dövlət katibi deyib:

"Biz bu istiqamətdə işləyəcəyik. Sizin də dediyiniz kimi biz seçkidən son dərəcə narahat olmuşuq və biz seçkinin daha azad və daha ədalətli olmamasından dərin məyusluq hissi keçiririk. Biz belə davranışı əvvəllər də görmüşük və bunun belə şəkil almasından məyusuq. Biz seçkidən sonrakı zorakılığı görmüşük və dinc etirazçılarla rəftar onlarla əslində edilməli olan rəftara uyğun gəlmir. Biz müvafiq reaksiyanın nə olacağını müəyyənləşdirməmişik, amma gəlin sizə buna deyim: Biz baş verənlərdən bizim qədər narahat olan avropalı dostlarımızla, buradakı azadlıqsevər dostlarımızla birgə işləyəcəyik. Biz Belarus xalqı üçün yaxşı nəticələr istəyirik və buna uyğun hərəkətlər edəcəyik”.

Bundan əvvəl Belarusda indiki prezident Alyaksandr Lukaşenkoya 6-cı dəfə prezident olmaq imkanı vermiş 9 avqust seçkisini pisləyən Pompeo ABŞ-ın Belarusa sanksiyalar tətbiq etmək niyyətində olub-olmadığı barədə sualı da cavablandırıb:

"Mən əminəm ki, biz bunların hamısına baxacağıq. Və burada qeyd edilməsi mühüm olan məsələ kriteriyadır. Biz burada birtərəfli qaydada Birləşmiş Ştatlarlar olaraq edə biləcəyimizi yox, çoxtərəfli qaydada Belarus xalqı üçün yaxşı nəticələr əldə edilməsini düşünməliyik. Bu ola bilər ki, sanksiyalar olsun, malların verilməsi barədə qərarların qəbulu olsun…Bütün bunlar hələ qətiləşdirilməlidir. Bu seçki lap təzəcə qurtarıb və biz burada yaxın gələcəkdə işlərin necə yoluna qoyulacağını hələ görməliyik”.

Müxalifət seçki nəticəsinin saxtalaşdırılıdığını iddia edir və artıq 4-cü gündür ki, ölkənin 25-dək şəhərində etiraz aksiyaları keçirir.

Avqustun 12-də Fransa prezidenti Emmanuel Makron Belarusdakı vəziyyətlə bağlı "ciddi narahatlıq” ifadə edib.

Macron bu ölkədə polisin etirazçılarla qəddar rəftarını pisləyib.

Bu barədə Rusiya prezidenti Vladimir Putinlə telefonda danışan Makron Belarusda dialoqa qayıdılmasının zərurətini vurğulayıb.

Kremlin saytında bu telefon danışığı barədə geniş məlumat verilməyib.

Avropa İttifaqının xarici işlər nazirləri Belarusda baş verənləri avqustun 14-də müzakirə edəcəklər.

Avropa İttifaqı xarici işlər komissarı Josep Borrell bu barədə Twitter-də yazıb:

"Biz təcili məsələləri müzakirə edəcək, Şərqi Aralıq dənizi hövzəsində, Belarusda və Livandakı vəziyyətlə bağlı qərarlar qəbul edəcəyik”.

Bundan əvvəlki bəyanatında Borrell yazmışdı ki, Belarusda seçki "nə ədalətli, nə də azad olub”.

"Avropa İttifaqı Belarus rəhbərliyini geniş cəmiyyətlə əsl dialoqa başlanmasına, sərbəst toplaşma, media və ifadə azadlıqlarına qarşı qeyri-məqbul zorakılıq və hücumları dayandırmağa çağırır. Biz Belarusla münasibətlərimizi diqqətlə nəzərdən keçirəcəyik”.
Siyasət

Böyük Britaniya Qarabağdakı qələbə münasibətilə Azərbaycanı təbrik etdi

22 Yanvar 2021
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp II Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O, təbrikini yanvarın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşündə çatdırıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.
Siyasət

Putin Avropa Birliyi ilə Navalnı məsələsini müzakirə etdi

22 Yanvar 2021
Rusiya Prezidenti Vladimir Putin və Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub. Kremldən yanvarın 22-də verilən məlumata görə, telefon danışığı zamanı Şarl Mişelin xahişi ilə Aleksey Navalnı məsələsi də müzakirə edilib. Ancaq müzakirələrin hansı istiqamətdə getdiyi barədə detallı informasiya verilməyib. Məlumata görə, telefon danışığı zamanı Rusiya ilə Avropa Biriliyi Şurası arasındakı münasibətlərin vəziyyəti, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, xüsusi ilə də birgə vaksin istehsalı və istifadəsi sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb. Yanvarın 18-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı paytaxt Moskvada hava limanında həbs olunub. Yanvarın 23-də müxalifət liderinin həbsinə etiraz əlaməti olaraq Rusiyanın bir çox bölgələrində kütləvi...
Seçilmiş Videolar