ABŞ-ın Ermənistandakı səfiri: Rusiya ilə Minsk Qrupunda əməkdaşlığa hazırıq
Açıq mənbələrdən götürülüb
"ABŞ Qarabağ probleminin hərtərəfli və sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu formatında Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha bəyan edir".
Bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Azadlıq” radiosuna müsahibəsində deyib.
Lin Treysi təklifin hələ də açıq qaldığını deyib.
"Rusiyalı həmkarların bu təklifə reaksiyasını eşitməmişik. Amma hesab edirəm ki, bu, ilk addımdır, ondan sonra başqa addımlar və ideyalar barədə danışmaq olar”, - deyə səfir bildirib.
https://toplum.tv/siyaset/ermenistan-qosunlarini-qarabagdan-cixarir
Onun sözlərinə görə, ABŞ Rusiyanın addım atmasını gözləyir
"Biz Minsk Qrupunu Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün beynəlxalq mandata malik format, platforma kimi nəzərdən keçirməkdə davam edirik”, - Linn Treysi vurğulayıb.
Azərbaycan prezidentinin münaqişənin artıq həll edildiyi və vasitəçilərə ehtiyac olmadığı barədə bəyanatlarına Birləşmiş Ştatların necə münasibət bəsləməsi ilə bağlı sualı cavablandıran səfir Treysi deyib ki, bu bəyanatlara baxmayaraq, Vaşinqton Minsk qrupu formatından istifadə etmək yollarını axtarmağa davam edəcək.
Səfir qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibə aparmasına və bunun bütün dünyada böyük diqqət cəlb etməsinə baxmayaraq, ABŞ regiondakı vəziyyətə, Ermənistanla Azərbaycan arasındakı vəziyyətə çox həssaslıqla yanaşır.
"Düşünürəm ki, bu, bu administrasiya hakimiyyətə gələndən bəri apardığımız telefon danışıqlarında, əlaqələrdə öz əksini tapıb. Bu, ABŞ-ın, ABŞ dövlət katibinin münaqişələrin yenidən başlanmasının qarşısını almaq, müzakirələri diqqət mərkəzində saxlamaq, irəliləyiş əldə etmək və bunu diplomatiya yolu ilə etmək istəyinə sadiqliyini göstərir”, - deyə ABŞ səfiri bildirib.
https://toplum.tv/siyaset/ermeni-deputat-pasinyanla-eliyev-arasinda-goruse-hazirliq-gedir
Region haqqında danışan səfir Treysi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını xatırladıb və vurğulayıb ki, bu istiqamətdə irəliləyiş Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına da kömək edə bilər: “Bu məsələlərin bir çoxu son nəticədə bir-biri ilə bağlıdır və biz bir istiqamətdə müsbət addımları görəndə bunun regionda daha geniş sülhə nail olmaq üçün sürəti artıra biləcəyini hesab edirik”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb