Siyasət

ABŞ İranın Azərbaycana qarşı təhdidlərinə münasibət bildirdi

13 Oktyabr, 2021
72

Rəsmi səhifə

"İran təhdidkar açıqlamalarıyla bir çox cəhətdən sabitliyi pozan tərəfdir"
 
Bunu oktyabrın 13-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
 
Jurnalist Ned Praysa bu məzmunda sual ünvanlayıb: "Son vaxtlar İranın qonşu ölkə Azərbaycana qarşı müəyyən hərəkətlərini, bəyanatlarını gördük. Onlar Azərbaycanı bölgəyə üçüncü tərəfləri cəlb etməkdə ittiham edir, hədələyirlər. Bu çıxışlardan xüsusən də ABŞ-ın bölgədəki maraqlarının və enerji boru kəmərlərinin risk altına düşə biləcəyindən narahatsınızmı?"
 
Departament rəsmisi jurnalistin sualına cavabında bildirib:
 
"İranın regional fəaliyyətlərinə gəldikdə, biz bu məsələdə çox açıq şəkildə mövqeyimizi bildirmişik, biz durduğumuz yerdəyik. İran proksi qüvvələrin, digər regional qüvvələriin dəstəyi, təhdidləri, daha ümumi danışsaq, təhdidkar açıqlamaları da daxil olmaqla, bir çox cəhətdən sabitliyi pozan tərəfdir".

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar