Rəsmi səhifə
Dövlət katibi Entoni Blinken: Rusiya şantajla məşğuldur, ərzaq böhranını həll etmir
ABŞ Dövlət katibi Entoni Blinken bazar ertəsi, iyunun 6-da Rusiyanı qlobal ərzaq böhranının həllinə töhfə verməkdənsə, şantaj etməkdə ittiham edib. Bu barədə CNN məlumat yayıb.
Blinkenin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin “taxılın tədarükünə icazə vermir” və “dünyanın onun tələbləri ilə razılaşmasına və sanksiyaları götürməsinə” çalışır. ABŞ Dövlət Departamentinin rəhbəri ərzaq təhlükəsizliyi məsələlərinə həsr olunmuş onlayn tədbir zamanı deyib: “Başqa sözlə, bu, şantajdır”.
Amerika xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, indi Ukrayna gəmiləri Rusiyanın dəniz blokadasına görə taxıl daşıya bilmir: “Təqribən 20 milyon ton buğda Odessa yaxınlığındakı anbarlarda və Rusiyanın blokadasına görə Odessa limanında ilişmiş gəmilərdə qalıb”.
Rusiya lideri isə öz növbəsində bildirib ki, Moskvaya qarşı ərzaq böhranı ilə bağlı ittihamlar artıq mütəmadi xarakter alır. Onun sözlərinə görə, “dünya ərzaq bazarında baş verənlərə görə ancaq Qərb məsuliyyət daşıyır. Putin həmçinin qeyd edib ki, Ukrayna taxılının Belarus vasitəsilə ixracı, problemi həll etməyin ən asan yoludur, amma bunun üçün Minskə tətbiq olunan sanksiyaları ləğv etmək lazımdır.
Mütəxəssislər Rusiya-Ukrayna müharibəsinin uzanması nəticəsində dünyada taxıl böhranının baş verə biləcəyini proqnozlaşdırırlar.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb