Siyasət

ABŞ Qarabağda vasitəçilik səylərini fəallaşdırmaq istəyir

22 Sentyabr, 2021
728

Hürriyet Daily News

Vaşinqton Qafqazda dinc nizamlanmanın axtarışında fəal iştirak etməyə çalışır. 

"Turan"-ın ABŞ-dakı müxbiri Nyu-Yorkdan xəbər verir.

Çərşənbə axşamı dövlət katibinin müavini Viktoriya Nuland Qarabağ münaqişəsini və digər mövzuları müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

"Biz tərəqqini, o cümlədən Minsk Qrupu həmsədrlərinin mexanizmi vasitəsilə regionda sülhə və sabitliyə yardım etmək, saxlanılan şəxslərin azad edilməsi, minalardan təmizlənmə və siyasi barışıq üçün tərəqqini səbirsizliklə gözləyirik.

Birləşmiş Ştatlar Əfqanıstanda evakuasiya ilə bağlı səylərimizə dəstək verdiyinə görə Azərbaycana təşəkkür edir", - Nuland görüşün yekunları ilə bağlı "Tvitter"də yazıb.

Dövlət Departamentinin yüksək rütbəli məmurunun Qarabağ probleminin müzakirəsi üçün Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşü planlaşdırılıb. 
Ceyhun Bayramov və Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar və müvafiq olaraq cümə axşamı və cümə günləri Assambleyada çıxış etməlidirlər.

Dövlət Departamentinin yüksək vəzifəli məmuru çərşənbə axşamı telekonftans vasitəsilə jurnalistlərin qarşısında çıxış edərək bildirib ki, ABŞ Bakı ilə Yerevan arasında sülh və barış danışıqlarına dəstək vermək üçün "yardım etməyə hazırdır" və Vaşinqton hər iki tərəfiə "eyni təklifi" etməyi planlaşdırır.

ABŞ rəsmilərinin sözlərinə görə, bu məsələ çərşənbə axşamı keçirilən görüşdə dövlət katibi Entoni Blinken və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında da müzakirə olunub.

Görüş bir sata yaxın davam edib və iki yüksək vəzifəli diplomat Əfqanıstan, Suriya və Qarabağı ətraflı müzakirə ediblər.

Məmur xatırladıb ki, Vaşinqton "saxlanılanların bəzisinin azad edilməsi üçün ermənilərin azərbaycanlılara verdikləri minalanmış ərazilərin xəritələrinin” mübadiləsində iştirak edib.

"İndi sual yaranır, ABŞ-ın, Minsk Qrupunun digər ölkələrinin və Türkiyənin dəstəyilə sülh və barış prosesinə yol açmaq üçün iki ölkə arasında həm  sərhəddə, həm məhbuslara münasibətdə, həm də qalan minalarla bağlı gərginliyin azaldılmasına yardım etmək üçün daha çox iş görmək mümkündürmü", - məmur deyib.

Sonda o əlavə edib ki, "dövlət katibi bu proseslərə ciddi şəkildə cəlb edilmiş Türkiyəyə işarə edib ki, ABŞ faydalı olmağa hazırdır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo