Siyasət

ABŞ rəsmisinin Azərbaycan səfərindən gözləntilər

6 İyun, 2021
120

Açıq mənbələrdən götürülüb

ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana sərhədə beynalxalq müşahidəçilərin də yerləşdirilməsini təklif edə bilər”. 

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev “Toplum TV”-yə açıqlamasında belə deyir.

Bəxtiyar Hacıyev-Sosial media

ABŞ Dövlət Departament katibinin Avropa və Asiya üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin iyunun 6-dan 13-dək Qafqaza səfəri başlayıb.

 Birləşmiş Ştatların xarici siyasət idarəsinin açıqlamasına görə, səfərin məqsədi “ikitərəfli və regional prioritetlərin təşviqi” və “bölgədə demokratik və iqtisadi inkişafa dəstək” olmaqdır.

Məlumatda bildirilir ki, Riker hökumət, vətəndaş cəmiyyəti və iş adamları ilə görüşərək ikitərəfli prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri də müzakirə edəcək.

Daha öncə Ermənistan tərəf beynalxalq müşahidəçiləri (ABŞ, Fransa) münaqişəsinin tənzimlənməsində vasitəçi olmağa səsləmişdi.

Riker Azərbaycanda kimlərlə görüşəcək?

Bəxtiyar Hacıyev deyir ki, Rikerin səfəri haqqında məlumatlı olsa da, ona vətəndaş cəmiyyəti üzvü kimi hələlik dəvət gəlməyib.

Onun sözlərinə görə, Dövlət Departamenti katibinin köməkçisinin səfərinin yalnız sülhməramlı missiyası ilə bağlı olacağı ağlabatan deyil. Ancaq bununla belə onun tərəflərə münaqişəni beynalxalq müşahidəçilərin vasitəsi ilə nizamlamağı təklif edəcəyini güman edir.

“Aydın məsələdir ki, təkcə Rusiyanın olduğu bölgədə davamlı və dayanıqlı sülhdən danışmaq olmaz. Ona görə də mütləq digər ölkələrin də sülhməramlı kontingenti bölgəyə gətirilməlidir”,- deyə fəal bildirir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də belə bir təklifin verilməsini istisna etmir: “Bu cür səfərlər münaqişənin həllində ATƏT-in Minsk qrupunun rolunun artırılmasına xidmət edə bilər”.

Anar Məmmədli- Turan.az

O, ABŞ-ın ATƏT-in Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllində uzun illərdir fəal olduğunu və bu səbəbdən də ondan gözləntilərin çox yüksək olduğunu düşünür.

Anar Məmmədli Cənubi Qafqazdakı hər üç ölkədə siyasi vəziyyətlə bağlı gərginlik yaşandığını vurğulayır və bu baxımdan ABŞ rəsmisinin bölgəyə səfərini təqdir edir. 

“Azərbaycanla Ermənistan müharibədən yenicə çıxıb, Gürcüstan və Ermənistanda hökümət böhranı yaşanır. Bu halda Qərbin, eləcə də ABŞ-ın region dövlətləri ilə qarşılıqlı etimad şəraitində bir-biri ilə dil tapması, sülhün təmin olunmasında iştirakı müsbət hadisədir”.

Hərbi ekspert Ədalət Verdiyev isə düşünür ki, ABŞ-ın münaqişənin tənzimlənməsində sülhməramlı kimi iştirakı Azərbaycanın maraqlarına uyğun deyil.

Ədalət Verdiyev- Açıq mənbələrdən götürülüb

“30 illik işğal dövründə heç bir erməni rəsmisi işğal etdiyi Azərbaycan torpaqlarını beynalxalq müşahidəçilərin gəlməsi üçün açıq elan etməmişdi. Təsəvvür edək ki, ABŞ Paşinyanın təklifinə müsbət cavab verir və müşahidəçilərini sərhədə göndərir. Təbii ki, bu, Azərbaycana lazım olan qərar deyil, çünki biz müharibənin qələbə ilə başa çatmasından sonra bunda maraqlı deyilk. Yəni sərhədləri özümüz mühafizə etmə imkanlarına malikik. Digər tərəfdən ABŞ müşahidəçiləri bölgəyə gələrsə Ermənistan sərhədində rus sülhməramlıları ilə eyni yerdə təmsil olunacaq. Bu necə mümkündür?”

Ekspertin fikrincə, ABŞ nümayəndəsinin səfəri daha çox siyasi xarater daşıyacaq: “Düşünürəm ki, hər iki tərəfi də təmkinli davranmaqla proseslərdəki gərginliyi sülh yolu ilə nizama salmağa çağıracaqlar”.

Roza Məmmədova

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar