Siyasət

ABŞ Senatında Türkiyə və Azərbaycana qarşı ağır ittihamlar

23 İyul, 2021
113

Rəsi səhifə

ABŞ Senatının beynəlxalq əlaqələr komitəsində Türkiyə üzrə dinləmələr keçirilib. Dinləmələrdə dövlət katibinin köməkçisi Viktoriya Nuland məruzəçi kimi çıxış edib. Komitənin sədri, demokratlar partiyasının üzvü Bob Menendes öz çıxışında Türkiyəyə qarşı bir sıra ittihamlar irəli sürüb. 

Bu barədə məlumat senatorun şəxsi saytında yer alıb.

Bob Menendes çıxışının əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə səfərinə və Varoşa şəhərini inkişaf etdirmək planına toxunub. Varoşada əvvəllər yunanlar yaşayıb və BMT-nin 1984-cü ildə qəbul etdiyi 550 saylı qətnamə şəhərdə əvvəlki sakinlərdən savayı şəxslərin yaşamasını qadağan edir. Buna görə də Varoşa illərdir ki, tərk edilmiş şəhər idi.

Amerikalı senator Ərdoğanı Kiprdə ayrıca dövlət qurmaq istəyində ittiham edib: “Beynəlxalq hüququn belə formada pozulması yolverilməzdir və mən Dövlət katibinin müavinindən Bayden administrasiyasının bu yöndə fəaliyyət planını eşitmək istəyirəm... Ərdoğanın hərəkətləri təkcə Kipri əhatə etmir, həm də BMT sistemi və ABŞ-ın reaksiyası üçün həlledici sınaqdır”.

Bob Menendes öz çıxışında İkinci Qarabağ müharibəsinə də toxunub: “Ötən yay Ərdoğan Dağlıq Qarabağdakı etnik ermənilərə qarşı Azərbaycanın zərbələrinə dəstək verdi. O, həm də Suriyadan olan yaraqlıların Azərbaycan tərəfində hərbi əməliyyatlarda iştirakına şərait yaratdı. Amma bu hərəkətlərə Tramp administrasiyası tərəfindən cavab verilmədi, beynəlxalq birlik tərəfindən heç bir konkret reaksiya, heç bir sanksiya olmadı. Bu yolverilməzdir. Mən Departamentin bu müharibədə Türkiyənin rolunu necə qiymətləndirdiyini və hansı tədbirlər görə biləcəyini eşitmək istəyirəm”.

Komitə sədri Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasını NATO-nu daxildən sarsıtmaq cəhdi kimi qiymətləndirib. Bundan əlavə o, iddia edib ki, Türkiyənin Suriyanın şimalında nəzarətdə saxladığı zonalar milyonlarla insan üçün sığınacaq olsa da, orada yaşayan kürdlər zorakı köçürmələrə, həbslərə və işgəncələrə məruz qalırlar.

Senator dəniz sərhədi haqqında Türkiyə-Liviya razılaşmasını ABŞ-ın Şərqi Aralıq dənizindəki maraqlarına zidd olduğunu, Yunanıstan və Kiprin sərhədlərini pozduğunu bildirib. O, həmin razılaşmanı Ankaranın Liviya hökumətinin zəifliyindən sui-istifadəsi kimi qiymətləndirib.

Bob Menendes Türkiyə hölumətinin daxili siyasətinə də toxunub: “Ərdoğan öz ölkəsinin dünyanın böyük dövlətləri ilə bir görür. Bu belə deyil. Prezident Ərdoğan demokratik institutları məhv edib, jurnalistləri həbsə atıb. O, özünün siyasi müxalifətini təqib edir və universitet professorlarını susdurmağa çalışır... Bu hərəkətlər cahan dövlətinə deyil, zəif hökumətə xasdır”.

Bob Menendes çıxışını bu sözlərlə bitirib: “Biz hamımız ümid edirik ki, gün gələcək, Türkiyə bir NATO üzvündən gözləniləcək qədər demokratik dəyərlərin və insan hüquqlarına hörmətin yüksək standartlarının təcəssümü olacaq. Regiona və dünyaya sabit və demokratik Türkiyə lazımdır. Ərdoğanla belə bir gələcək dumanlı görünür. Mən Dövlət katibinin müavininin bu və digər məsələlərlə bağlı fikrini səbirsizliklə gözləyirəm”.

Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar