CNBC
ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketi haqqında sərəncam imzalayıb.
Bu barədə Ağ Evin rəsmi saytı məlumat dərc edib.
Paketə, xüsusən də uçuş məsafəsi bir neçə yüz kilometr olan HIMARS uzaq mənzilli raket sistemləri daxildir.
ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, Kiyev Vaşinqtona silahın Rusiyadakı hədəfləri vurmaq üçün istifadə olunmayacağına zəmanət verib.
Ukrayna hakimiyyəti həftələrdir ki, uzaq mənzilli raket sistemləri tələb edir. Ağ Ev bu cür silahların Rusiya ərazisinə zərbə endirmək üçün istifadə olunacağından ehtiyat edərək qərar verməkdə tərəddüd edirdi.
Bayden ABŞ və müttəfiqlərinin Ukraynanı silahla təmin etməyə davam edəcəklərini, Rusiyaya sanksiyalarla təzyiqi göstərəcəklərini və NATO-nun şərq cinahını gücləndirəcəklərini vurğulayıb.
Eyni zamanda, Amerika Prezidenti NATO-nun Rusiya ilə müharibə etməyəcəyini və rəsmi Vaşinqtonun Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olduğuna dair əlamətlər görmədiyini bir daha vurğulayıb.
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb