açıq mənbədən götürülüb
Mayın 3-də Amerika Birləşmiş Ştatları və Ermənistan strateji dialoq haqqında birgə bəyanat yayıblar.
Bəyanatın mətnini ABŞ Dövlət Departamenti yayıb.
Bildirilir ki, 2 may 2022-ci ildə Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken ABŞ və Ermənistan arasında strateji dialoqa başlamaq üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib. Dialoq zamanı Birləşmiş Ştatlar və Ermənistan ikitərəfli münasibətlərin bütün spektri üzrə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Danışıqların bu raundu ABŞ ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. «Nümayəndə heyətləri ikitərəfli əlaqələrin vəziyyətini müsbət qiymətləndiriblər və tərəfdaşlığımızın genişləndirilməsi potensialını nəzərdən keçiriblər. Ermənistan nümayəndə heyətinin tərkibinə ədliyyə nazirinin müavini Qriqor Minasyan, Mərkəzi Bank sədrinin müavini Nerses Yerisyan və Müdafiə Nazirliyinin nümayəndələri daxil olub. USASD sessiyasında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Keren Donfrid, ABŞ Dövlət Departamentinin və Müdafiə Nazirliyinin bir neçə rəhbər nümayəndəsi iştirak ediblər. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də Vaşinqtonda olub. Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ona qoşulub», bəyanatda deyilir.
Dövlət katibinin köməkçisi Donfrid bildirib ki, Birləşmiş Ştatlar əhalinin ehtiyaclarını təmin edən, səmərəli idarəçiliyi və ölkənin çiçəklənməsini təmin edən demokratik və iqtisadi institutların yaradılmasında Ermənistan hökumətinə fəal yardım göstərməyə və onunla əməkdaşlıq etməyə davam edəcək.
İki ölkənin nümayəndə heyətləri sərhədlərin təhlükəsizliyilə bağlı məsələləri, həmçinin təbii fəlakətlərə reaksiyanın idarə edilməsi yoluyla müdafiə və təhlükəsizlik sektorunda tərəfdaşlıq, müdafiə sektorunda islahatlar, tibbi təminat və sülhün qorunması məsələlərini müzakirə ediblər.
Nümayəndə heyətləri təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım göstərmək mandatı olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın rolunu qeyd ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür