Siyasət
ADR Hərəkatının fəalı həbs edilib
11 Sentyabr, 2020
156
Sentyabrın 11-də Bakının Sabail rayon Məhkəməsi ADR Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məliki İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edib.

Bu barədə ADR Hərəkatından Amerikanın Səsinə deyiblər.

Hərəkat bildirir ki, Hüseyn Məlik sentyabrın 10-da axşam saatlarında yaşadığı mənzildən polislər tərəfindən heç bir səbəb göstərilmədən Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparılıb.

"Hüseyn Məlik facebook-da tənqidi statuslarına görə saxlanılıb. ADR Hərəkatı onun həbsini pisləyir və siyasi sigfariş hesab edir,” ADR Həraəkatının nümayəndəsi Amerikanın Səsinə deyib.
Siyasət

Tofiq Yaqublu: “Paşinyanın qalib gəlməsi bizə daha ciddi problem yarada bilər” 

Nigar Səmədli
18 İyun 2021

Al Jazeera

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.     Namizədlər arasında Ermənistanın sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimi şəxslər  yer alıb.   Elman Nəsirov - Sosial Media   Bəs Azərbaycanda Ermənistanda keçiriləcək seçkilərlə bağlı proqnozlar nədir?     Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, Ermənistanda seçkilərin gərgin keçəcəyi indidən məlumdur: “Tərəflər bir-birini dövlətə xəyanətdə ittiham edir, düşmən və satqın adlandırırlar. Budəfəki seçkinin əsas özəlliyi ondadır ki, Ermənistanı idarə etmiş bütün şəxslər seçkilərə qatılıb və bu da seçki prosesinə əlavə gərginlik gətirir. İlkin proqnozlar göstərir ki, əsas namizədlər...
Siyasət

Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı iddialarına cavab verdi

18 İyun 2021
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı barədə ehtimallara şərh verməkdən imtina edib.  "RIA Novosti"-nin iyunun 18-də verdiyi məlumata görə, o, bu iddiaları şayiə adlandırıb.  "Biz bu məsələni müzakirə etməmişik və biz şayiələrə şərh vermirik", - deyə Rusiyanın baş diplomatı vurğulayıb.  Bir neçə gün əvvəl Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə Hərbi Qüvvələrinin bazasının yaradılması fikrini istisna etməmişdi.  "Bu məsələnin [hərbi bazanın yaradılması] inkişafı mümkündür. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə apardığı məsləhətləşmələrdən sonra təkmilləşə bilər. Həmçinin bizim danışıqlarımız prosesində də...
Seçilmiş Videolar