Siyasət

Ali Məhkəmə Əfqan Sadıqovun kassasiya şikayətinə baxışı niyə ləngidir? 

7 İyun, 2021
1131

Sosial Media

“Həyat yoldaşım ölüm ayağındadır” 

216 gündür həbsxanada aclıq edən “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun vəziyyətinin ağırlaşıb. Bu barədə həyat yoldaşı Sevinc Sadıqova Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin qarşısında keçirdiyi aksiya zamanı məlumat verib.  

“Əfqan həbsxananın müalicə müəsisəsinin reanimasiya şöbəsinə yerləşdirilib, hazırda ölüm ayağındadır, sadəcə nəfəsi gedib- gəlir. Böyrəkləri, qaraciyəri zədələnib, ağciyərində isə böyük ləkə əmələ gəlib. O, ancaq qidalandırıcı sistemlər sayəsində sağ qala bilir”.  

Əfqan Sadıqov, Sevinc Sadıqova - Sosial Media

S.Sadıqova xatırladıb ki, jurnalist özü haqqında çıxarılan hökmü ədalətsiz hesab etdiyi üçün noyabrın 4-dən etibarən aclıq edir: “216 gün az müddət deyil, hazırda o qədər zəifləyib ki, beyni  informasiya qəbul etmir. Mən çox istərdim ki, psixoloqlar Əfqanla söhbət etsin, onun müalicəsi normal təşkil edilsin”. S.Sadıqova dəfələrlə məsələni ictimailəşdirdiyini, aidiyyatı qurumlara müraciət etdiyini, ancaq vəziyyətin dəyişmədiyini qeyd edib. 

Amma Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov “Amerikanın Səsi”nə deyib ki, Sadıqovun vəziyyəti stabildir: “Əfqan Sadıqovla bağlı ciddi narahatlıq yoxdur. Həkim nəzarətindədir. Aclıq etdiyinə görə mütəmadi olaraq koronavirusla bağlı da yaxmalar götürülür, nəticələri neqativdir. Analizlərinin laborator nəticələrində də elə bir ciddi dəyişiklik yoxdur” . 

Kassasiya şikayətinə niyə baxılmır? 

 “Üç aydan çox vaxt keçib, amma hələ də Əfqanın kassasiya şikayətinə baxış təyin edilməyib. Ona qarşı bir qərəz var. Ali Məhkəmənin də ədaləti bərpa edəcəyinə inanmıram. Çünki onunla eyni maddə üzrə ittiham verilən digər jurnalist azadlıqda gəzir, amma Əfqanı həbsdə saxlayırlar. Heç olmasa, ədaləti bərpa edib onu ölümdən xilas etsinlər” – S.Sadıqova belə deyib. 

Ali Məhkəmədən “Amerikanın Səsi”nə bildiriblər ki, kassasiya şikayətinə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq, ancaq məhkəmə baxışının vaxtı hələ təyin edilməyib.  

Media nümayəndələri nə düşünürlər? 

Media nümayəndələri  şikayətinə baxılması məsələsində Ə.Sadıqova dəstək verməyi düsşünürlərmi?  

Mehman Əliyev - Sosial Media

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Toplum TV”-yə açıqlamasında deyib ki, media orqanlarının birgə təşəbbüslə çıxış etmək imkanları, demək olar ki, yoxdur: 

 “Media işçiləri arasında həmrəylik onların müstəqil olduqları vaxtlarda vardı. Sonradan müstəqillik dairəsi daralmağa başladı. Buna görə də müdafiə, etiraz təşəbbüsü ilə çıxış edənlərin sayı da azaldı”.

M.Əliyevin sözlərinə görə, 2017-ci ildən etibarən özü də daxil olmaqla, media nümayəndələri müxtəlif formatlarda tədbirlər təşkil ediblər: “Hər dəfə ictimai əhəmiyyətli təşəbbüslərlə çıxış edəndə hökümət işə qarışıb bəzilərini pulla, digərlərini təzyiqlə, həbslə susdururdu. Məsələn, “Reallıq.info” saytının redaktoru İkram Rəhimovu belə həbs etmişdilər. Belə şəraitdə hansısa ictimai etirazın, müstəqil təşəbbüsün təşkil edilməsi, demək olar ki, mümkün deyil. Vaxtilə Mətbuat Şurası da elə bu məqsədlə yaradılmışdı, amma nəticə gözlənildiyi kimi olmadı. Jurnalistlərin əksəriyyəti satıldı, digərləri də hökümətin tapşırığı ilə bu təşkilatın idarəetməsinə cəlb olundular. Sonuncu dəfə müstəqil media nümayəndələri ilə belə bir cəhdi 2019-cu ildə etmişdik, amma təəsüflər olsun ki, o da dağıldı”.

“Turan”nın direktoru 2021-ci ildə yaradılan Medianın İnkişafı Agentliyinin faəliyyətinin medianın daha çox nəzarətdə saxlanılmasına hesablandığını söyləyir: “Əvvəllər bu qurum çap mediasına dəstək verirdisə, indi saytlara da nəzarət funksiyasını icra edir. Bu isə o deməkdir ki, media daha çox hökümətin təsiri altına düşəcək”.  

M.Əliyevin fikrincə, mediada jurnalist etikasına uyğun olmayan davranışlar bu gün artıq normaya çevrilib: “Məsələn, biz deyirik ki, jurnalist hakimiyyət tərəfindən verilən evi almamalıdır. Amma situasiya göstərir ki, bu bizdə adi haldır. Belə bir vəziyyətdə həmrəylik yaratmaq, kiminsə müdafiəsinə qalxmaq çox çətindir. Mən fərd olaraq jurnalist prinsiplərin arxasında dayanmışam. Amma başqaları buna hazırdırmı? Cavabı bilirəm - təəssüflər olsun ki, yox. Ayrı-ayrı media qurumları, jurnalistlər üçün bu çox çətin problemdir”.  

Rauf Arifoğlu - Sosial Media

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə Əfqan Sadıqovu tanımadığını bildirib.  

O deyib ki, media nümayəndələrinin müraciət etməsi üçün hər hansı bir məhdudiyyət yoxdur: “Hətta mən özüm əleyhimə yazılar yazan həmkarlarım üçün müraciətlərə imza atmışam. Son 20 ildə həm fərdi, həm də kollektiv şəkildə təşəsbbüslər etmişik. Çox zaman da bu, uğur qazanıb. Mən özüm də həbsdə yatmışam. Nəinki jurnalistlərin, hətta hər hansı şəxsin belə həbsdə yatması məni çox üzür. Xüsusən də həbs edilən jurnalist, hətta bir sayt redaktorudursa, buna heç cür yol vermək olmaz. Amma sizə tam səmimi deyim ki, 32 ildir mediada çalışsam da, Əfqan Sadıqov adlı redaktor tanımıram”.  

Ə.Sadıqov 2020-ci il mayın 13-də saxlanıb, ona qarşı “Xeberfakt.az” nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət almaq ittihamı irəli sürülüb.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu hədələmə yolu ilə pul tələb etməkdə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. 2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.  

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur”, - jurnalist məhkəmədə belə deyib. Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz, biri azyaşlı iki qadına qarşı  cinsi zorakılıqdan bəhs edilir. 

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. Sadıqov bu haqda özünün “Yutub” kanalında da məlumat verib. O, narkotik qaçaqmalçılığında ittiham etdiyi bir qrup şəxs və Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələr yazıb.  

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik” - Sadıqov həbsindən öncə “Feysbuk” səhifəsində belə yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo