Açıq mənbələrdən götürülüb
Almaniya Federativ Respublikası bu ilin son 8 ayı ərzində 353 Azərbaycan Respublikası vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib.
“Report”un məlumatına görə, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) açıqlamasında bildirilir.
Açıqlamaya görə, Azərbaycan Respublikası vətəndaşlarının son 8 ayda daxil olan müraciətlərinin sayı 636-dır. Onlardan yalnız biri sığınacaq hüququ olan şəxs kimi tanınıb.
Məlumata görə, bu dövrdə 24 nəfərə qaçqın, 13 nəfərə isə köməkçi qoruma statusu verilib, 6 nəfərin ölkədən deportasiyası qadağan olunub.
Səkkiz ay ərzində işinə baxılanlardan yalınız 6,9 %-i ümumi müdafiə dərəcəsinə daxil olub, 239 Azərbaycan Respublikası vətəndaşının müraciətinə “işin digər qaydada aparılması” qərarı verilib.
Ötən ay ümumilikdə 11 847 əcnəbi Almaniyadan sığınacaq istəyib.
Açıq mənbələrdən götürülüb
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?