Açıq mənbələrdən götürülüb
Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan 30-a yaxın azərbaycanlının bu gün deportasiya ediləcəyi gözlənilir.
“Report”un məlumatına görə, onlar əsasən sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslərdir.
Əyalətin müxtəlif şəhərlərindəki ünvanlarından polis və miqrasiya idarəsinin əməkdaşları ilə birgə Düsseldorf şəhərinə gətirilən azərbaycanlılar hava limanının yaxınlığında yerləşən və deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanaya yerləşdiriliblər.
Onların bu gün xüsusi çarter reysi ilə Azərbaycana göndərilməsi gözlənilir. Təyyarə Bakı vaxtı ilə 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.
Almaniyadan kütləvi belə deportasiya sonuncu dəfə bu ilin mart ayında həyata keçirilib. Bu ölkədə qanunsuz yaşayan 50-yə yaxın Azərbaycan vətəndaşı çarter reysi ilə vətənə gətirilib.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır