Siyasət
Almaniyada ordudan qovulan geylərə kompensasiya ödəniləcək
26 Noyabr, 2020
Baxış: 130
Almaniyada cinsi oriyentasiyasına görə, ayrı-seçkiliyə məruz qalan və ordudan uzaqlaşdırılan geylərlə lezbiyanlara pul kompensasiyaları veriləcək, üstəlik reabilitasiyadan keçmələrinə şərait yaradılacaq. 

"Deutsche Welle"-nin noyabrın 26-da verdiyi xəbərə görə bu barədə Almaniya hökuməti qanun layihəsi qəbul edib.  

Qərara uyğun olaraq, hər bir zərərçəkənə 3000 avro miqdarında kompensasiya ödəniləcəyi bildirilib.  

Hökumət rəsmisi Martin Fits məsələ ilə əlaqədar açıqlama verərkən deyib ki, əvvəllər qeyri-ənənəvi oriyentasiyanın "ordu intizamına zərbə vurduğu" hesab edilirdi. "Bu günün baxış bucağından isə belə ayrı-seçkilik insan hüquqlarıyla ziddiyyət təşkil edir", - Fits deyib. 

Almaniya müdafiə nazirliyi layihə çərçivəsində orduda nə vaxtsa seksual zorakılığa məruz qalan minlərlə insanın reabilitasiyadan keçəcəyini və pul kompensasiyası alacağını bildirib.

Siyasət

Azərbaycan rusiyalı deputatı ''qara siyahı''ya saldı

25 Yanvar 2021

Sputnik.az

"Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik". Bunu yanvarın 25-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirilib. "Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib".  L. Abdullayevanın sözlərinə görə, Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı addım Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir. Dövlət...
Siyasət

Azərbaycan İran sərhədində yeni dəmiryolu terminalı inşa ediləcək

25 Yanvar 2021

İran Front Page

Tezliklə Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq. Bunu yanvarın 23-də İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib. Onun sözlərinə görə, dəmiryolu terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb. O, əlavə edib ki, Ərdəbil-Parsabad dəmiryolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb: “Azərbaycanın dəmiryolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryolu çəkiləcək”. Vali deyib ki, dəmiryol terminalı vasitəsi ilə İranın Ərdəbil vilayətinin Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı artacaq: “Bu terminal və iki ölkə arasında birgə sənaye...
Seçilmiş Videolar