Siyasət

Almaniyadan qaytarılan daha bir fəal həbs edilib

Roza Məmmədova
20 May, 2022
277

açıq mənbədən götürülüb

Tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimlinin Bakı Hava limanında həbs edildiyi deyilir.

Bu barədə məlumatı mayın 20-də jurnalist Əfqan Muxtarlı “feysbuk” hesabında yazıb:

“Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Onun eyni il axtarışa verilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yaşamayan adamı Biləsuvar polisi niyə axtarışa versin?”

Əfqan Muxtarlı - sosial media

Ə.Muxtarlı fəalın həbsində Almaniya Hökumətinin də məsuliyyət daşıdığını bildirib:

“Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır”.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev fəalın saxlanılmasını təsdiqləsə də, bunun siyasi motivli olmadığını bildirib.

Elşad Hacıyev - açıq mənbədən götürülüb

“Barəsində aliment öhdəliyi ilə bağlı axtarışı var. Aidiyyəti üzrə müvafiq ədliyyə orqanına təhvil veriləcəkdir”.

Daha əvvəl də Almaniyadan readmissiya olunan 4 nəfər müxtəlif səbəblərlə həbs olunub.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" saziş imzalanıb.

Saziş Azərbaycan və ya Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daxil olmaq, orada qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən şəxslərin müəyyən edilməsini, təhlükəsiz və nizamlı şəkildə qaytarılmasını nəzərdə tutur.

Dövlət Miqrasiya Xidməti 2021-cidə 420 şəxsin readmissiya olunduğunu açıqlayıb (onların 39 nəfəri Almaniyadan ölkəyə readmissiya olunub).

Bu göstərici 2020-ci illə müqayisədə 2,9 faiz artıb. Readmissiya ilə bağlı sorğu sayı isə 440 olub.

Rəsmi məlumata görə, Avropa İttifaqı ilə saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası baş tutub. Daha 4160 şəxsin sorğusu müsbət cavablandırılıb, 2147 nəfərin isə readmissiyası nəzərdə tutulur.

“Bu şəxslər siyasi baxışlarına görə həbs olunublar”

Hüquq müdafiəçisi Zaur Əkbər “Toplum TV”yə daha öncəki açıqlamasında deportasiya olunanların hüquqlarının müdafiə prosesini izlədiklərini, onların siyasi baxışlarına görə həbs olunduqlarını vurğulamışdı:

Zaur Əkbər - sosial media

“Bu, birmənalı olaraq belədir. Həmin şəxslər xaricə getdikdən sonra Azərbaycan səfirliyi önündə hakimiyyətin əleyhinə təşkil olunmuş aksiyalarda iştirak ediblər. Hakimiyyət də onları ölkəyə deportasiya olunduqdan sonra bir növ cəzalandırır. Azərbaycan tərəfi Avropa İttifaqı ilə imzalanmış readmissiya sənədini pozur. Öz maraqları naminə siyasi fəallara qarşı repressiya həyata keçirir. Bu şəxslərin həbsi də bu prosesin tərkib hissəsidir”.

Siyasət

Kəlbəcər istiqamətində atəşkəs yenə pozulub

6 İyul 2022

Rəsmi səhifə

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə iyulun 6-da Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", - deyə məlumatda qeyd olunub. 
Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Humanitar yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Buraya ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları, həmçinin saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir. Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub. “Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb", - bunu huanitar yardımın hava limanından göndərilməsində iştirak edən Ukraynanın...

Seçilmiş Videolar

Toplum TV loqo