Sosial media
Son iki gündə Ermənistanda bir hərbçi, Qarabağda isə beş separatçı döyüşçü dövlətə xəyanətə görə həbs olunub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına istinadən Turan İnformasiya Agentliyi xəbər verir ki, həbs edilmiş hərbi qulluqçu obyekt, hərbi texnika, təlim keçirən kəşfiyyat bölmələrin sayı, silahlanması barədə məlumat və fotoşəkilləri xarici kəşfiyyata ötürüb.
Məlumatda hərbi qulluqçunun "Odnoklassniki" sosial şəbəkəsi vasitəsilə ələ alındığı və 4800 ABŞ dolları müqabilində xarici kəşfiyyata işləməyə razılıq verdiyi bildirilib. Məlumatların “Whatsapp” vasitəsilə ötürüldüyü iddia edilir.
Öz növbəsində, bu gün Qarabağ separatçılarının Təhlükəsizlik Xidməti də Azərbaycana işləyən agentlər şəbəkəsinin həbs edildiyini bildirib. Onların hamısı Qarabağ separatçılarının hərbi qüvvələrinin qulluqçularıdır.
Bu şəxslərin “Feysbuk” və “Tik-Tok” sosial şəbəkələri vasitəsilə ələ alındığı və döyüş mövqelərinin dislokasiya yerləri, şəxsi heyətin sayı, döyüş mövqelərində silahların döyüş qabiliyyəti, növləri və sayı, komanda tərkibi haqqında məlumatları ötürdüyü deyilir. Guya bütün bunlara görə bank köçürməsilə 200 dollar ödənilib.
Beləliklə, İkinci Qarabağ müharibəsi başlayandan sonra Ermənistanda və Qarabağda Azərbaycana işləmək iddiası ilə həbs olunanların sayı artıq qırxa çatıb. Erməni mənbələrinə görə, onların yarısı müharibə bitdikdən sonra cəlb edilib.
Xatırladaq ki, iki həftə bundan əvvəl Azərbaycan xüsusi xidmət orqanları azərbaycanlı yeniyetmənin Ermənistan kəşfiyyatı tərəfindən ələ alındığı barədə məlumat yaymışdı.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir