AMEA
Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib.
“president.az”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev mayın 19-da fərman imzalayıb.
Fərmana əsasən, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb.
Bildirilib ki, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək.
Hüquq və İnsan Haqları İnstitutunun direktoru deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayevadır.
Qurum 1999-cu ildə yaradılmışdı.
İlham Əliyev Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsini də ləğv edib.
Ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün prezidentin Sərəncamı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Sosial media
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"