Amerikalı senatorlar Vaşinqtonun Azərbaycanla əməkdaşlığını sorğulayır
Rəsmi səhifə
Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlərdən sonra Co Bayden Administrasiyası təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığa görə getdikcə artan təzyiqlə üzləşir.
Bu barədə "Turan"-ın Vaşinqtondakı müxbiri məlumat verib.
Belə ki, prezidentliyə keçmiş namizədlər də daxil olmaqla, ABŞ-ın səkkiz senatoru çərşənbə günü dövlət katibi Entoni Blinkenə və müdafiə naziri Lloyd C.Ostinə məktub göndəriblər. Onlar Administrasiyanın Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olub-olmadığı ilə maraqlanırlar. Onlar həmçinin ABŞ-ın bu yaxınlarda döyüş əməliyyatlarında iştirak edən bölmələrə təhlükəsizlik sahəsində hər hansı yardım göstərib-göstərmədiyini bilmək istəyirlər.
https://toplum.tv/siyaset/bayramovla-mirzoyanin-nyu-york-gorusu-ne-ved-edir
Məktubu senatorlar Edvard C.Marki (Massaçusets), Debbi Stabenou (Miçiqan), Aleks Padilya (Kaliforniya), Ron Uayden (Oreqon), Kris Van Hollen (Merilend), Berni Sanders (Florida), Ceki Rozen (Nevada) və Kori Buker (Nyu Cersi) imzalayıblar.
Senatorlar hesab edirlər ki, mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan ABŞ-dan təhlükəsizlik sahəsində yardım almağa davam edir.
Administrasiyaya cavab üçün 2 həftə vaxt verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Baş Prokurorluq: İranda Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərar çıxarılmayıb
Rəsmi səhifə