Açıq mənbələrdən götürülüb
Qarabağdakı erməni seperatçılarının lideri Araik Aratunyan qismən hərbi səfərbərlik elan edib.
Erməni mətbuatı yazır ki, bu barədə o, avqustun 3-də "fərman" imzalayıb.
Qərar Qarabağda vəziyyətin gərginləşməsindən sonra baş verib. Bu gün Ermənistan KİV-i və Azərbaycanın bir sıra teleqram kanalları Laçın dəhlizində hərbi toqquşmaların baş verməsinə dair məlumatlar yayıb.
Erməni mətbuatı yazır ki, Azərbaycanın minaatan və dron hücumu nəticəsində 3 nəfər erməni əsgəri ölüb, 8-i yaralanıb.
https://toplum.tv/siyaset/ermeni-kiv-qarabagda-doyusler-gedir
İddialara görə, Azərbaycan Qarabağda seperatçıların artilleriya hərbi hissəsini və postunu da dağıdıb.
Həmçinin Kəlbəcər rayonu Heyvalı kəndində qeyri-qanuni erməni silah-sursat anbarının dağıdıldığı bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi hələlik məsələylə bağlı rəsmi məlumat yaymayıb.
Ermənistan Müdafiə Nazirliyi isə iki ölkənin sərhədində gərginliyin olmadığını bildirməklə kifayətlənib.
Son günlərdə Qarabağ regionunda vəziyyət yenidən gərinləşib. Bu gün Azərbaycan Müdafiə Nazirliyi Laçın istiqamətində bir hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür