Arif Hacılı: “Siyasi rəqiblərin bu şəkildə təqib edilməsi ləyaqətsizlikdir”
Rferl
“Azərbaycan hakimiyyətinin bu davranışları əvvəllər bəyan etdiyi “kişi kimi, ləyaqətli mübarizə aparmaq” iddiaları ilə üstə-üstə düşmür”.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Toplum TV”-yə belə deyib.
Sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən intim görüntülər yayılıb. Bu barədə martın 28-də C.Həsənli şəxsi “Feysbuk” hesabında paylaşım edib.
O bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib.
A.Hacılı siyasi rəqiblərin bu şəkildə təqib olunmasını, şəxsi həyatına müdaxilə edilməsini biabırçılıq, ləyaqətsizlik adlandırıb:
“Azərbaycan hakimiyyəti bu məsələlərlə əlaqədar davranışlarına son qoymalıdır. Əgər bu addımları birbaşa özləri tərəfindən atılmadığını iddia edirlərsə , dərhal istintaq aparıb hadisələrin kimlər tərəfindən törədilməsinə aydınlıq gətirməlidirlər”.
A.Hacılının fikrincə, bu, hakimiyyətin ölkə daxilində və dünyada onsuz da aşağı düşmüş nüfuzuna çox ağır zərbə vurur, cəmiyyətdə gərginliyi artırır:
“Bu üsul hakimiyyətin xislətindən irəli gəlir. Məqsəd nüfuz qazanmaq, siyasi opponetlərini məhv etmək olsa da, proses əksinə gedir. Bu gün sosial mediada gedən müzakirələrdən aydın görünür ki, Cəmil Həsənliyə qarşı törədilmiş təxribat, hakimiyyətin əvvəlki dövrlərdə də bu tip davranışlar sərgiləməsi hədəfə alınan insanların nüfuzuna xələl gətirmir. Azərbaycanda sivil demokratik cəmiyyət uğrunda mübarizə aparan və sivil idarəçilik sistemini müsbət dəyərləndirən hər bir vətəndaş bu davranışları qəzəb və nifrətlə qəbul edir”.
A.Hacılı Azərbaycan zaman-zaman təkrarlanan bu situasiyanı hakimiyyətin dözümsüzlüyü ilə izah edib:
“Belə görüntüləri yaymaqla, onlar, əslində, özlərini biabır edirlər. Hakimiyyət sivil yolla mübarizə aparmaq imkanında olmadığını bildiyi üçün guya rəqiblərini nüfuzdan salmağa çalışır. Bu da əks effekt verir”.
Rəsmi səhifə
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?