Siyasət

Armen Qriqoryan: Bakının Laçın dəhlizini başqa marşrutla əvəz etmək tələbi qanunsuzdur

3 Avqust, 2022
111

Açıq mənbələrdən götürülüb

"Rəsmi Bakının Ermənistanın "Artsax"la Laçın dəhlizi boyunca əlaqəsini başqa marşrutla əvəz etmək tələbi əsassızdır". 

Bu sözləri avqustun 3-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” portalına müsahibəsində deyib. 

Qriqoryan bunu Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın 6-cı bəndi ilə əsaslandırıb. Onun sözlərinə görə, tərəflər yaxın üç il ərzində Laçın dəhlizi ilə Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni nəqliyyat marşrutunun tikintisi planını razılaşdırıblar:

"Bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ ki, razılaşdırılmış plan yoxdur. Hər halda Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qanunsuzdur".

https://toplum.tv/siyaset/ermenistan-lacindan-yan-kecen-yolun-tikintisine-baslayir

Bu məqamda jurnalist Qriqoryana onun bir müddət əvvəl verdiyi bəyanatı xatırladıb. Qriqoryan bildirmişdi ki, Ermənistan Laçın dəhlizindən yan keçəcək yeni avtomobil yolunun tikintisinə başlayır.

İyulun 29-da Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi də bu planı təsdiq etmiş, Laçın dəhlizinə alternativ olacaq M-12/-Teh-Kornidzor avtomobil yolunun yenidən qurulması üzrə işlərə 2022-ci ilin avqustunda başlanacağı bildirmişdi. 

Qriqoryan suala cavabında bu məsələni təsdiqləyib. 

"Bəli, inşaata artıq başlanılıb, amma nəzərə alın ki, üçtərəfli bəyanatda yeni marşrut xəttinin çəkilməsi planından bəhs edilir. Razılaşdırılmış belə plan isə yoxdur. Ermənistan Respublikası artıq üçtərəfli formatda planı təsdiqləmək, imzalamaq və razılaşdırılmış qrafikə və yol xəritəsinə uyğun olaraq irəliləməyi təklif edib. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə də məhz bu nəzərdə tutulur".

Son günlərdə Azərbaycan və Ermənistan arasında münasibətlər yenidən gərginləşib. Bu gün, avqustun 3-də Azərbaycan Müdafiə Nazirliyi Laçın istiqamətində qanunsuz erməni birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan əsgərinin şəhid olduğunu açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistan hərbi və siyasi rəhbərliyinin üzərində olduğunu bəyan edib. 

Siyasət

İlham Əliyev: “Qisas” əməliyyatı cəza tədbiri idi

12 Avqust 2022

Rəsmi səhifə

"Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq". Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. İlham Əliyev bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyib.  "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz", - deyə o qeyd edib.  https://toplum.tv/siyaset/mudafie-nazirliyinden-qarabagdaki-emeliyyatlarla-bagli-aciqlama Prezident həmçinin bildirib ki, Azərbaycan...
Siyasət

Şəmkirdə əməliyyat, vəzifəli şəxs saxlanıldı

12 Avqust 2022

Rəsmi səhifə

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib. Bu barədə avqustun 12-də Baş Prokurorluqdan məlumat verilib.  Bildirilir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb. Hazırda araşdırma aparıldığı qeyd olunub.   

Seçilmiş Videolar

Toplum TV loqo