Siyasət

Arqument.az saytının “Facebook” səhifəsinə müdaxilə olub, 12 min izləyici silinib

24 İyun, 2020
575
İyunun 24-ü səhər saatlarında müstəqil Arqument.az saytının "Facebook” səhifəsinə müdaxilə olub. Saytın redaktoru Şəmşad Ağanın verdiyi məluma görə səhifədən 12 min izləyici və mart ayına qədər bütün paylaşımlar silinib.

Bundan öncə, iyunun 18-də Meydan TV-nin sosial şəbəkə hesablarına hücum olmuşdu. Saytın "Facebook” səhifəsində 2018-ci ildən sonrakı bütün paylaşımları silinmişdi.

Azərbaycan 11 il əvvəl "Kibercinayətkarlıq haqqında” Konvensiyaya qoşulub.

Azərbaycan informasiya sistemlərinə qanunsuz daxil olma, qanunsuz ələ keçirmə, məzmuna müdaxilə əməllərinin cinayət əməli kimi tövsif edilməsi üçün zəruri olan tədbirləri həyata keçirmək öhdəliyi götürüb. 7-8 il əvvəl bu hərəkətlər cinayət əməli kimi tövsif edilib, Cinayət Məcəlləsinə ayrıca fəsil əlavə edib.
 
 
mikroskopmedia.com
Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar