Siyasət

AŞPA-da Azərbaycan və Ermənistan arasında debat keçirilib

11 Oktyabr, 2022
776

Açıq mənbələrdən götürülüb

Bazar ertəsi AŞPA-nın payız sessiyasında "cari debatlar" qaydasında "Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastruktura endirilən zərbələr" mövzusunda cari məsələlər müzakirə olunub.

"Turan"-ın məlumatına görə, AŞPA-nın Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri üzrə məruzəçisi Pol Qavan (Paul Gavan) təəssüflə qeyd edib ki, sentyabrda Azərbaycan-Ermənistan sərhədində hərbi gərginlik nəticəsində hər iki tərəfdən 300-ə yaxın insan həlak olub. 

O qeyd edib ki, "şiddətə yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr də daxil idi".

https://toplum.tv/siyaset/bas-prokurorluqdan-ermeni-esirlere-aid-oldugu-iddia-edilen-videolarla-bagli-aciqlama

Qavan Yerevanın Ermənistanın 36 şəhər və kəndinin atəşə məruz qalması haqqında məlumatını təkrar edib.

Daha sonra Qavan qeyd edib ki, "bir ölkənin digər ölkənin suveren ərazisinə hücum etməsinə heç vaxt yol verilə bilməz".

O, əsir götürülmüş erməni əsgərlərə işgəncə verilməsini əks etdirdiyi təxmin olunan videokadrları "dəhşətli" adlandırıb.

Bu zaman o, Azərbaycanın videokadrların araşdırıldığı və onların həqiqiliyi təsdiqini tapdığı təqdirdə bu əməllərə görə məhkəmə təqibi olacağı haqqında bəyanatının əhəmiyyətini vurğulayıb.

Bununla belə, Qavan Azərbaycandan 1990-cı illərdə baş vermiş, Azərbaycanın suveren ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunduğu əvvəlki münaqişə zamanı törədilmiş potensial hərbi cinayətlərin dəlillərinin aşkar olunduğu haqqında məlumatlar daxil olduğunu bildirib.

 Xüsusən, Qavanın sözlərinə görə, kütləvi məzarlıqların və işgəncə dəlillərinin aşkar olunduğu qeyd edilir. "Biz heç vaxt unutmamalıyıq ki, 4 000 azərbaycanlı və 1 000 erməni hələ də əvvəlki münaqişə zamanı itkin düşüb. Ötən il erməni qoşunları tərəfindən işğalın nəticələrinin dəlillərini, xüsusən ədalətli olaraq Qafqaz Xirosiması adlandırılan Ağdamda dağıntıları gözlərimlə gördükdən sonra bu ittihamların ətraflı şəkildə araşdırılmalı olduğuna şübhə etmirəm", - deyə Qavan sözünə davam edib.

O, iki ölkə sərhədində Aİ missiyasının yaradılması haqqında qərarı alqışlayıb.

Qavan bu missiyanın iki ölkə arasında dialoq qurulmasında və etimad yaradılmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib.

Müzakirələrdə Fransa, İsveç, İrlandiya, İspaniya, Ukrayna, Avstriya, Türkiyə və bir sıra digər ölkələrin parlamentariləri çıxış ediblər. 

Bu zaman bəzi deputatlar, məsələn, Boriana Aberq (İsveç), Laura Kastel (İspaniya), İzabel Santyaqo (Fransa) yalnız Azərbaycanın ünvanına ittihamlarla çıxış ediblər.

Digər deputatlar tarazlaşdırılmış qiymətləndirmələrini ifadə edib, hər iki tərəfi beynəlxalq hüquq normalarına hörmət etməyə, Avropa Şurasına daxil olarkən götürdükləri öhdəliklərə riayət etməyə çağırıblar.

Belə ki, Ukraynalı deputat Oleksi Qonçarenko həmçinin Ukraynanın da Azərbaycan və Ermənistan arasında sülhə nail olunmasını dəstəkləməsinin vacibliyini qeyd edib.

RF-nin Ukrayna şəhərlərinə endirdiyi son raket zərbələrinə diqqət çəkən deputat deyib: "Bu qitədə yenə də bu müharibəni istəyən bir ölkə var. Bu, Rusiya Federasiyasıdır. Cənubi Qafqazda baş verənlər də onlar ucbatından baş verir".

Türkiyəli deputat Ahmet Yıldız hər iki ölkə üçün sülhün vacibliyini qeyd edib. O, Ermənistanın minalanmış sahələrin xəritələrini Azərbaycana təhvil verməsi zərurətini vurğulayıb.

Ermənistan və Azərbaycandan olan deputatlar qarşılıqlı ittihamlarla çıxış ediblər.

Ermənistanlı deputat Ruben Rubinyan bildirib ki, onun "demokratik ölkəsi bu yaxınlarda avtoritar qonşusu tərəfindən hücuma məruz qalıb". "Hücum tamamilə səbəbsiz və əsassız idi. Çox sayda dinc sakin həlak olub. Yaşayış məntəqələrinə ziyan dəyib. Mülki infrastruktura ziyan dəyib", - deyə o bildirib.

Öz növbəsində, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Rubinyanı assambleya üzvlərini yanıltmaqda ittiham edib.

"Təəssüf ki, o (Rubinyan) Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar haqqında danışarkən erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazisində olduğunu qeyd etməyib.

O, Ermənistan və Azərbaycan arasında sentyabrda baş verən hərbi əməliyyatlar ərəfəsində erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinə keçdiklərini və mina basdırdıqlarını deməyib", - deyən Seyidov Azərbaycan vətəndaşlarının ermənilərin basdırdığı minalardan həlak olmağa davam etdiyini vurğulayıb. 

Seyidov Ermənistanı imzaladığı öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

"Onlar silahlı qüvvələrini Qarabağdan çıxarmalıdırlar, onlar birlikdə oturub sərhədin delimitasiyası və demarkasiyası haqqında düşünməlidirlər. Onlar Gəncədə, Xocalıda azərbaycanlılara qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməlidirlər", - deyə Seyidov qeyd edib.

Müzakirələrin yekunlarına dair hər hansı sənəd qəbul edilməyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo