Açıq mənbələrdən götürülüb
Avropa Şurası Parlament Assambleyası Ermənistan, Azərbaycan və Gürcüstanda LGTBİ-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) vəziyyəti ilə bağlı narahatlığını bildirib.
"Turan"-ın məlumatına görə, Assambleyanın yanvarın 25-də qəbul edilmiş qətnaməsində (Southern Caucasus: measures to combat alleged violations of the rights of LGBTI people) bu insanların hüquqlarının pozulması haqqında çoxsaylı məlumatlar olduğu qeyd edilir.
Cənubi Qafqaz ölkələri "cinsi orientasiya, gender kimliyi, gender özünüifadəsi və cinsi əlamətlərinə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş səmərəli qanunvericilik qəbul etməli və siyasət həyata keçirməlidir".
"Gürcüstanın ayrı-seçkiliyə qarşı mübarizədə əldə etdiyi irəliləyişi", həmçinin "Ermənistanda hazırki demokratiyaya keçid prosesi ilə bağlı yaranan imkanları" alqışlayan parlamentarilər Yerevan, Bakı və Tbilisini "LGTBİ nümayəndələrinin hüquqlarını dəstəkləmək üçün ictimai tədbirlər keçirmək hüququna zəmanət verməyə" çağırıblar.
Xüsusən, gey-paradlara icazə vermək və "iştirakçıları istənilən zorakılıqdan qoruyaraq", paradların təhlükəsiz keçirilməsini təmin etmək təklif olunur.
Qəbul edilən qətnamə belçikalı deputat Kristof Lakruanın hesabatına əsaslanır. O, KİV və parlament üzvləri üçün ayrı-seçkilik ehtiva edən və LGBT birliyinə qarşı ədavət yaradan şərhləri qadağan edən davranış məcəllələri qəbul etməyə çağırır.
Qətnamədə həmçinin transgenderlərin sənədlərdə adlarını və cinslərini dəyişdirməsinə imkan verən prosedurlar tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin, insan hüquqlarının, o cümlədən LGBTİ hüquqlarının müdafiəsi sahəsində işləyən vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı möhkəmləndirmək, onların müstəqilliyinə zəmanət vermək və onlarla işləyən insanların təhlükəsizliyini təmin etmək tövsiyə olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür