Rəsmi səhifə
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennak Azərbaycanda "Media Haqqında" qanun layihəsinin yoxlanılması ilə bağlı Venesiya Komissiyasına müraciət edib.
Bu barədə Ştefan Şennak "Turan" agentliyinə açıqlamasında bildirib.
"Biz Venesiya Komissiyasından Qanunun ekspertizasını aparmağı və bu qanunu imzalamamağa çağırmaqla Azərbaycan Prezidentinə müraciət etməyi xahiş etdik", - deyə o vurğulayıb.
Bundan əvvəl Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycan Prezidenti İlham Əliyevi "Media Haqqında" yeni qanun layihəsini yenidən işlənməsi üçün parlamentə qaytarmağa çağırmışdı.
Myatoviç İlham Əliyevə ünvanladığı məktubunda "Media Haqqında" yeni qanun layihəsinin geniş və ətraflı məsləhətləşmələr aparılmadan qəbul edilməsinı görə ciddi narahatlığını çatdırmış, qanun layihəsinin insan hüquqları, ifadə azadlığı və mətbuat azadlığı sahəsində beynəlxalq standartlara uyğun olmadığını qeyd etmişdi.
"Qanun KİV sahəsini və jurnalist peşəsini həddindən artıq çox tənzimləyir, bu da azad, müstəqil, senzuraya məruz qalmayan KİV və plüralizm prinsiplərinə ziddir", - deyə Myatoviç məktubunda vurğulamışdı.
Rəsmi səhifə
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?