RIA Novosti
ATƏT sədri, İsveçin xarici işlər naziri Ann Linda Azərbaycan və Ermənistanı pozitiv addım ataraq əsirləri azad etməyə və danışıqları bərpa etməyə çağırıb.
Bu barədə iyunun 29-da "Sputnik Ermənistan" məlumat yayıb.
Ann Linda əmindir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin itirakıyla siyasi həll yolunun tapılması zəruridir: "Təşkilat Dağlıq Qarabağda münaqişənin həll olunması və hərbi əsirlərin qaytarılması üçün hərtərəfli fəaliyyətini davam etdirir".
Bir müddət əvvəl Azərbaycanda saxlanılan15 hərbi qulluqçunun əvəzində Ağdam rayonunda basdırılan minaların xəritəsinin verilməsini Linda etimadın möhkəmləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirib.
Bu gün həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Dağlıq Qarabağa qaçqınların qayıtması məsələsini müzakirə ediblər. Rəsmilər müharibədən sonra Qarabağ qaçqınlarının yaşadıqları yerlərə qayıtmasının 9 noyabrda imzalanmış atəşkəs müqaviləsinə uyğun olduğunu bildiriblər.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır