ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan XİN rəhbərləriylə danışıqlar aparıb
osce.org
ATƏT-in Minsk qrupu həmsədrlərinin açıqlaması yayılıb.
Bu barədə fevralın 17-də "Turan" agentliyi məlumat yayıb.
Məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Andrew Shofer - ABŞ) çərşənbə axşamı aşağıdakı açıqlamanı veriblər:
“Həmsədrlər fevralın 16-da Ermənistanın xarici işlər naziri Ara Ayvazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ayrı-ayrı videokonfranslar təşkil ediblər. Telefon danışıqlarında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Həmsədrlər hər bir nazirlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT Sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə bağlı məsələlər ətrafında əsaslı fikir mübadiləsi aparıblar”.
AMEA
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”