Toplum Tv
“Azərbaycanda qanunun aliliyi və fundamental azadlıqların müdafiəsi sahəsində baş verən hadisələri diqqətlə izləyir və mütəmadi olaraq hakimiyyət orqanları ilə aparılan dialoqda öz narahatlığımızı bildiririk”.
Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə iddiaları ilə bağlı “Toplum TV”nin sorğusuna Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyi belə cavab verib.
Əlavə olaraq, bu yaxınlarda Aİ nümayəndəliyinin jurnalist Aytən Məmmədova ilə görüşdüyü xatırladılıb.
“Bundan əlavə, Avropa Xarici Əlaqələr Xidmətinin (AXƏX) Mətbuat Katibi Peter Stano mayın 10-da dərc olunmuş “tvit”də xanım Məmmədovaya qarşı edilən hücumu açıq şəkildə pisləyib.
O, qeyd edib ki, “jurnalistlər öz işlərini yerinə yetirərkən təhlükədə olmamalı, təhdid və hədə-qorxu ilə üzləşməməlidirlər.
Yaxın keçmişdə Aytən Məmmədovaya edilən hücum qəbuledilməzdir.
Avropa İttifaqı təyin edilmiş təhqiqatı yaxından izləyəcək və günahkar(lar)ın məsuliyyətə cəlb olunaraq ədalət qarşısında cavab verəcəyinə ümidvardır”,- deyə açıqlamada bildirilib.
Son həftələrdə ictimai fiqurların və jurnalistlərin üzləşdiyi təhdidlərə etiraz olaraq mayın 14-də aksiya keçirən ictimai fəallar polis zorakılığı ilə üzləşib, bəzi aksiya iştirakçıları saxlanılaraq, paytaxtdan uzaq bölgələrə aparılıb, bəziləri xəsarət alıb.
Aksiyadan sonra Böyük Britaniya səfirliyi polis zorakılığını qınayan bəyanatla çıxış edib.
Bəyanat Daxili İşlər Nazirliyinin sərt etirazı ilə nəticələnib.
Sosial media
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"