Siyasət

Avropa İttifaqı Azərbaycanla yeni qaz sazişinin bağlanmasını istəyir 

14 İyul, 2022
1380

Rusiyadan yan keçəcək yeni qaz tədürükü layihəsi gündəmdədir

Avropa Komissiyası Avropa Birliyi ölkələrinə təbii qaz idxalının artırılması və bunu dəstəkləyəcək boru kəmərinin genişləndirilməsiylə bağlı Azərbaycanla saziş imzalamağı təklif edib.

Bu barədə iyulun 14-də "Reuters" məlumat yayıb.

Bildirilib ki, iştirakçı hökumətlərin təsdiqinə ehtiyacı olan və hələ də dəyişdirilməsi ehtimalı olan anlaşma memorandumu layihəsi Avropa İttifaqının Ukrayna müharibəsindən sonra Rusiya qazından asılılığı azaltmaq səylərinin bir hissəsidir.

https://toplum.tv/iqtisadiyyat/azerbaycanla-avropa-ittifaqi-ile-birge-isci-qrupu-yaradir

“Tərəflər kommersiya imkanlarına və bazar tələbatına uyğun olaraq, 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qazın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixracı da daxil olmaqla, təbii qazın ikitərəfli ticarətini dəstəkləməyə çalışırlar”, - 11 iyul tarixli sənəddə qeyd olunub.

Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin son hissəsi olan Trans-Adriatik boru kəməri keçən il İtaliya kimi Avropa ölkələrinə 8 milyard kubmetrdən çox Azərbaycan qazı gətirib.

Tədarükün artması həm də Azərbaycandan daxili qaz hasilatını genişləndirməyi tələb edəcək.

Layihədə qaz istehsalçılarının təhlükəsizliyini təmin etmək üçün “uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin” vacibliyi də vurğulanıb. Lakin sənəddə həmçinin qeyd olunub ki, gələcək qaz müqavilələrinin Aİ-nin iqlim dəyişikliyi hədəflərinə uyğunlaşdırılması zəruridir, çünki rəsmi Brüssel qazdan istifadəni xüsusilə 2030-cu ildən sonra azaltmağı tələb edəcək. 

Bildirilir ki, hər iki tərəf öz tədarük zəncirlərində güclü istixana qazı olan metan emissiyalarının qarşısını almaq üçün qabaqlayıcı tədbirləri gücləndirməlidir. 

Almaniyaya qazla təmin edən “Şimal axını 1” boru kəmərində təmir işlərinin başlaması ilə bu həftə Rusiya qazının tədarükünün kəsilməsi ilə bağlı narahatlıq daha da artıb. Hökumətlər və şirkətlər Moskvanın tədarükün kəsilmə müddətini uzada biləcəyi barədə xəbərdarlıq ediblər.

Müqavilə layihəsində deyilir ki, Aİ və Azərbaycan həmçinin elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaq, bərpa olunan enerjini təşviq edəcək və gələcək hidrogen alış-verişini müzakirə edəcəklər.

“EUobserver” məlumat yayıb ki, Azərbaycanın Avropaya qaz nəqlini artırılması ilə bağlı hər iki tərəfin rəsmiləri iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Almaniya XİN: Qarabağa təcili beynəlxalq missiya göndərilməlidir

Toplum TV
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Beynəlxalq müşahidə missiyası Dağlıq Qarabağa mümkün qədər tez göndərilməlidir". Toplum Tv xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu barədə bəyanatı sentyabrın 27-də XİN-in rəsmi saytında dərc olunub.  "Hazırda zəruri olan məsələ şəffaflıq və beynəlxalq ictimaiyyətin bölgədə gözdə-qulaqda olmasıdır. Biz tərəfdaşlarımızla birlikdə müşahidəçilərin mümkün qədər tez göndərilməsi üçün səylərimizi birləşdirəcəyik. Azərbaycanın "Dağlıq Qarabağ xalqı"nın təhlükəsizliyini və rifahını təmin etmək öhdəliyinə ciddi yanaşdığının sübutu beynəlxalq müşahidəçiləri  qəbul etməsi olardı”, - bəyanatda vurğulanıb.  https://toplum.tv/siyaset/pvasinqton-eliyev-qarabaga-beynelxalq-missiyanin-goumlnderilmesine-raziliq-veribnbspp Berbok Qarabağ ermənilərinə göndərilən humanitar yardımı əhəmiyyətli dərəcədə artırmaq, 2 milyon avrodan 5 milyon avroya qədər çıxarmaq qərarına gəldiklərini də açıqlayıb.    Xatırladaq ki, sentyabrın 26-da...
Siyasət

Qarabağdakı hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı açıqlandı

27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi lokal antiterror tədbirləri zamanı Silahlı Qüvvələrin 192 hərbi qulluqçusu şəhid olub. Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 27-si Səhiyyə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. https://toplum.tv/siyaset/pvasinqton-eliyev-qarabaga-beynelxalq-missiyanin-goumlnderilmesine-raziliq-veribnbspp 11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunub. Həmçinin vurğulanıb ki, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb. Hərbi əmliyyatlarda həlak olanların SİYAHISI

Seçilmiş Videolar

Toplum TV loqo