Siyasət

Avropa İttifaqı Azərbaycanla yeni tərəfdaşlıq sazişi imzalayacaq

5 May, 2022
69

açıq mənbədən götürülüb

“Avropa İttifaqı azad və müstəqil jurnalistikaya böyük əhəmiyyət verir.”

“Turan”ın məlumatına görə, bunu, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko mayın 4-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəzən jurnalistlər həqiqəti əks etdirən məlumatı adamlara çatdırarkən hazırda Rusiyanın təcavüzünə məruz qalan Ukraynada baş verdiyi kimi öz həyatları üçün risklərlə üzləşirlər.

Almaniyadan readmissiya edildikdən sonra Azərbaycanda həbs olunanların taleyi məsələsinin hakimiyyətlə müzakirə edilib-edilməməsilə bağlı sualın cavabında Mixalko qeyd edib ki, insan hüquqları Aİ-nin əsas dəyərləridir.

Son 1 ildə 5 belə şəxs Azərbaycanda həbs edilib. Onların 4-ü narkotikdə, biri isə başqasına xəsarət yetirməkdə günahlandırılır.

Həmin şəxslərin yaxınları onların şərləndiyini açıqlayıblar.

Peter Mixalko sözlərinə görə, Azərbaycan hakimiyyətinin nümayəndələrilə görüşlərdə həm fərdi xarakterli, həm də ümumilikdə insan hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunur.

O, habelə deyib ki, Avropa İttifaqının Azərbaycanla yeni hərtərəfli tərəfdaşlıq sazişinin imzalanması üzərində işi davam etdirir.

Mixalko Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və yeni sazişin iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacağını vurğulayıb:

“Biz ticarət əlaqələrini möhkəmləndirmək və Avropa bazarına daha çox Azərbaycan məhsulu çıxarmaq istəyirik. İnanırıq ki, yeni saziş buna imkan verəcək” .


 

 

Siyasət

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ləğv edildi

19 May 2022

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib. “president.az”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev mayın 19-da fərman imzalayıb. Fərmana əsasən, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb. Bildirilib ki, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək. Hüquq və İnsan Haqları İnstitutunun direktoru deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayevadır. Qurum 1999-cu ildə yaradılmışdı. İlham Əliyev Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsini də ləğv edib. Ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün prezidentin Sərəncamı ilə...
Siyasət

Avropa İttifaqı 14 may aksiyasına münasibət bildirdi

Roza Məmmədova
19 May 2022

Toplum Tv

“Azərbaycanda qanunun aliliyi və fundamental azadlıqların müdafiəsi sahəsində baş verən hadisələri diqqətlə izləyir və mütəmadi olaraq hakimiyyət orqanları ilə aparılan dialoqda öz narahatlığımızı bildiririk”. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə iddiaları ilə bağlı “Toplum TV”nin sorğusuna Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyi belə cavab verib. Əlavə olaraq, bu yaxınlarda Aİ nümayəndəliyinin jurnalist Aytən Məmmədova ilə görüşdüyü xatırladılıb. “Bundan əlavə, Avropa Xarici Əlaqələr Xidmətinin (AXƏX) Mətbuat Katibi Peter Stano mayın 10-da dərc olunmuş “tvit”də xanım Məmmədovaya qarşı edilən hücumu açıq şəkildə pisləyib. O, qeyd edib ki, “jurnalistlər öz işlərini yerinə yetirərkən təhlükədə olmamalı, təhdid...

Seçilmiş Videolar

Toplum TV loqo