Siyasət

Avropa Məhkəməsi Azərbaycan hökumətinə qarşı üç qərar çıxardı

10 İyun, 2021
166

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 10-da Azərbaycanla bağlı 3 qərarını elan edib.

Bu barədə "aihmaz.org" saytı məlumat verib. 

1-ci iş: Emin Ələkbərov və başqaları (6 nəfər) Azərbaycana qarşı

Bu işdə AİHM hesab edib ki, ərizəçilərə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun (Maddə 5.1) pozuntusuna yol verilib. Qərara əsasən, hökumət 7 ərizəçinin hər birinə 3 min avro (ümumilikdə 21.000) təzminat ödəməlidir. Qərarda həmçinin, xərc və məsrəflərə görə, ümumilikdə min avro ödənilməsi nəzərdə tutulur.

Bu iş Səid Nursi dini təriqətinin 7 təmsilçisinin şikayəti ilə bağlı idi. Olaylar 2015-ci ildə Gədəbəy rayonunda baş vermişdi. İddia edilirdi ki, təriqət üzvlərinin toplaşdığı evə 25 nəfərə qədər rəsmi şəxs basqın edib. Onlar polisə aparılıblar və bir gecə orda saxlanılıblar. Onlar ertəsi gün yenidən polisə aparılıblar və ictimai qaydanı pozmaq əsası ilə inzibati qaydada cərimə ediliblər. Yuxarı məhkəmələrsə, bu cəzanı qanuni saymışdı. Ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq (Maddı 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), dini etiqad azadlığı (Maddə 9) hüquqlarına müdaxilə edilib.

2-ci iş: Vidadi Əli oğlu İnsanov Azərbaycana qarşı

Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 5 000 avro təzminat, 1000 avro xərc və məsrəf əvəzi ödəyəcək.

Bu şikayət ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıydı. Ərizəçi ona münasibətdə hərəkət azadlığı hüququnun pozuntusuna yol verildiyini iddia edirdi.

3-cü iş: Ş.Ə. Azərbaycana qarşı

AİHM bu işin baxılacaq şikayətlərin siyahısından çıxarılmasına qərar verib. 31 mart 2021-ci il tarixdə ərizəçi şikayətini davam etdirmək istəmədiyini AİHM-ə bildirib.

Bu iş Şahdağ Milli Parkındakı Bazardüzü dağına səyahət etmək istəyən ərizəçinin əngəllənməsi, onun adının səyahətçilərin “qara siyahısına” salınması ilə bağlıydı. Ərizəçi məhkəməyə şikayət etsə də onun iddiaları rədd edilmişdi.

Ş.Ə. AİHM qarşısında ədalətli məhkəmə araşdırması (Maddə 6) və hərəkət azadlığı (4 saylı protokol, maddə 2) hüquqlarına müdaxilə olunmasını mübahisələndirmişdi.

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar