Siyasət

Avropa Məhkəməsi: Azərbaycanda müsbətə doğru irəliləyiş var

1 Aprel, 2022
1324

“Ötən il 51 iş üzrə dəyən ziyan ödənilib”

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının Azərbaycandakı icrasında müsbətə doğru irəliləyiş var.

Qurumun 2021-ci il qərarların icrası ilə bağlı hesabatında belə deyilir.

Qeyd olunur ki, son 5 ildə Azərbaycan məhkəmənin 31 qərarını icra etməyib. Bununla da 2021-ci ildə AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb.

Ondan öncəki, 2020-ci ildə isə 231 qərar icra olunmamış qalıb, ümumilikdə isə Azərbaycanda 271 qərar icrasını gözləyir.

Hesabatda o da bildirilir ki, Azərbaycanda son zamanlar bir sıra ədalətsiz hökmlər ləğv edilib. Ali Məhkəmənin "Məmmədli qrupu" üzrə daha dörd ərizəçinin məhkumluğunu ləğv etməsini buna misal göstərmək olar.

Ötən il noyabrın 19-da Ali Məhkəmənin Plenumu NİDA-çıların işi üzrə məhkum olunmuş şəxslərdən dörd nəfərə bəraət verilməsi barədə qərar qəbul edib.

Qərarda onlara ümumilikdə 188 min manat kompensasiya ödənilməsindən bəhs edir.

AİHM bildirir ki, Azərbaycan ötən il 51 iş üzrə dəyən ziyanı ödəyib ki, onların təxminən 23-ü qərar qoyulan müddət ərzində ödənilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo