Siyasət

Avropa Məhkəməsi Azərbaycandakı bloklanmış saytlarla bağlı araşdırma başlatdı

24 Noyabr, 2021
96

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən beş şikayəti araşdırmağa başlayıb. Araşdılan işlərdən 4-ü ölkə ərazisində blok edilmiş media saytlarının şikayətləridir.

Bu barədə "aihmaz.org" saytı məlumat verib. 

"AzadlıqRadiosu" və başqa 3 ərizəçi Azərbaycana qarşı

Bu işlər "AzadlıqRadiosu"-nun ("azadliq.org"), "anaxeber.az", "24saat.org" və "xural.com" saytlarının Rabitə Nazirliyinin müraciəti üzrə, məhkəmə qərarları ilə məhdudlaşdırılması ilə bağlıdır. Həmin məhkəmə qərarları milli təhlükəsizliyin, ərazi bütövlüyünün, ictimai asayişin və iğtişaşların və cinayətlərin qarşısının alınması maraqları ilə əsaslandırılıb.

Ərizəçilər şikayətlərində Konvensiyanın 10 və 18-ci, eləcə də digər maddələrinin pozulduğunu iddia edirlər.

Məmməd İbrahim Azərbaycana qarşı

Bu iş ərizəçinin xuliqanlığa görə həbs edilməsinin qanunsuzluğu ilə bağlıdır. Ərizəçi iddia edir ki, onun cinayət törətməsinə əsaslı şübhələr mövcud olmayıb və azadlıqdan məhrum edilməsi qanunsuz olub. Belə ki, hakim qarşısına çıxarılmazdan əvvəl qırx səkkiz saatdan artıq həbsdə tutulub. Eyni zamanda, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı ilkin məhkəmə qərarı daxili qanunvericiliyin tələblərinə zidd idi, çünki, həbs qətimkan tədbiri yalnız iki ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu cinayətdə ittiham olunan şəxslər barəsində seçilə bilər.

Siyasət

Human Rights Watch Tofiq Yaqublunun döyülməsindən yazdı

4 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı həbsxanada artıq 29 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib. "Turan"-ın məlumatında bildirilir. “Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib. Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti yenə də insanların...
Siyasət

Tofiq Yaqublu prokurorluqda ifadə verdi

3 Dekabr 2021

Sosial Media

Millu Şuranın və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublu amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbayel Rayon Prokurorluğunda 4,5 saat ifadə verib. Vəkil Nemət Kərimli "Turan"-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır. Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir. Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə "hadisə yeri"nə baxış təyin edilib. Dekabrın 1-də Bakının mərkəzində AXCP fəalı Saleh Rüstəmovun həbsxanadan azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirilib. Polis 40-a yaxın şəxsi saxladıqdan sonra sərbəst buraxıb. 5 nəfər barəsində isə məhkəmə...
Seçilmiş Videolar