Siyasət

Avropa Məhkəməsi Azərbaycandan olan iki işi araşdırır

23 May, 2022
565

Reuters

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 2018 və 2020-ci ildə göndərilmiş iki şikayəti araşdırmağa başlayıb.

Bu barədə məlumatı mayın 23-də “aihmaz.org” saytı dərc edib.

“Fariz Namazlı Azərbaycana qarşı” işdə vəkil olan ərizəçi həbsxana rəhbərliyi tərəfindən onun şəxsi həyatına və yazışmalarına hörmət hüququna müdaxilə olunmasından şikayət edib.

O, həbsxanada müvəkkili ilə görüşdən sonra yoxlamaya məruz qaldığını bildirib.

Deyib ki, müvəkkilinin görüş zamanı verdiyi ifadəsi ondan zorla alınıb.

Daxili məhkəmələr, iddiaları təsdiq edən müvafiq sübutların təqdim edilməməsi əsası ilə ərizəçinin şikayətinə mahiyyəti üzrə araşdırmaqdan imtina edib.

Bu şikayətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması) və 8-ci (şəxsi həyata hörmət) maddələrinin pozuntusu iddiası qaldırılıb.

AİHM ərizəçinin effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozulub-pozulmadığını da araşdıracaq.

“Sərdar Babayev Azərbaycana qarşı” işində isə İranda dini təhsil almış Azərbaycan vətəndaşı olan ərizəçinin məsciddə qanunsuz dini təbliğat aparması əsası ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.

Yerli məhkəmələr xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının dini ayin və mərasimləri icra etməsinin qanunsuz olması əsası ilə Sərdar Babayevi Cinayət Məcəlləsinin 168-1.3.1-ci (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsi ilə təqsirli bilib.

Onu 13 il müddətinə azadlıqdan məhrum edib.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 9-cu (dini etiqad azadlığı) və 14-cü (ayrı-seçkiliyin yolverilməzliyi) maddələrinin pozuntusu məsələsini qaldırıb.

Onun hüquqlarını vəkil Cavad Cavadov müdafiə edir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranın izahat tələbinə cavab verib

31 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib. Toplum Tv xəbər verir ki, bu barədə martın 31-də Azərbaycan XİN-dən məlumat verilib.  Ayxan Hacızadə Kənaniyə nazir Ceyhun Bayramovun İsraildə səfərdə ikən səsləndirdiyi fikirlərə diqqətlə qulaq asmağı tövsiyə edib. Onun sözlərinə görə, Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Buna görə də o, İran XİN-i tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndirib. https://toplum.tv/siyaset/piran-azerbaycandan-izahat-teleb-edirp "Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Bunun əksinə, son zamanlar İran ərazisindən...
Siyasət

İran Azərbaycandan izahat tələb edir

Toplum TV
31 Mart 2023

Rəsmi səhifə

Tehran İsrailin Azərbaycan ərazisindən İrana hücum hazırladığını bildirir və Bakıdan izahat tələb edir.  Toplum TV "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 31-də İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kənani gündəlik brifinq zamanı  danışıb.  Kənani açıqlamasında deyib ki, İran "sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı sui-qəsd hazırlamasına biganə qala bilməz" və o, Azərbaycan hökumətindən İsraillə əldə olunan razılaşmalarla bağlı izahat tələb edib. XİN sözçüsü xüsusilə İsrailin xarici işlər naziri Eli Koenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında işlətdiyi "Azərbaycan və İsrail İranın təhdidini bölüşür" ifadəsinə aydınlıq gətirilməsini tələb edib.  "Bu, sionist rejimin Azərbaycan Respublikası...

Seçilmiş Videolar

Toplum TV loqo