Siyasət

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

20 May, 2021
95

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, mayın 20-də Azərbaycanla bağlı 4 qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb, dövlətin üzərinə ərizəçilərə ümumilikdə 118 min avrodan artıq təzminat ödəmək vəzifəsi qoyub.

"Turan"ın mayın 20-də verdiyi məlumata görə, bu işlər birləşmək hüququnun pozuntusu iddiaları və 2017-ci ildə həbs edilən bloqer Aleksandr Lapşinin şikayəti ilə bağlıdır.

Mehman Əliyev və başqaları Azərbaycana qarşı işdə Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, ərizəçilərə münasibətdə birləşmək azadlığı hüququ pozulub. 12 ərizəçinin hər birinə 4500 avro, hüquqi xərclərə görə isə ümumilikdə 6000 avro ödənilməlidir.

Mehman Əliyev 2009-cu ildə Samir İsmayılov və Emin Hüseynovla birlikdə “Media Monitorinq Institutu”nu təsis etsələr də Ədliyyə Nazirliyi həmin birliyi qeydiyyata almayıb. Yerli məhkəmələr də bunu qanuni sayıb.

Elçin Abdullayev və başqaları Azərbaycana qarşı işdə də məhkəmə ərizəçilərin birləşmək hüququnun pozulduğuna qərar verib. Qərara görə, hökumət 13 ərizəçidən 4-nün hər birinə 540 avro, 2-nin hər birinə 1080, 3-nün hər birinə 1620, 1 ərizəçiyə 2160, 2 ərizəçinin hər birinə 2430, 1 ərizəçiyə 4500, 1 ərizəçiyə 6000, 1 əriəçiyə 1000, 1 ərizəçiyə 360 avro təzminat ödəməlidir (ümumilikdə 28060 avro).

Bu işdə ərizəçilər Abdullayev və Nurməmmədov təsisçiləri olduqları “HİV/AİDS və Vərəmli Xəstələrin Reabilitasiya və Müdafiə Mərkəzi”nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə qanuna müvafiq şəkildə müraciət etsələr də qeydiyyatdan imtina olunub. Yerli məhkəmələr nazirliyin qərarını haqlı sayıb.

Elçin Məmməd Azərbaycana qarşı işdə AİHM bu şikayətin qəbuledilməz olmasına qərar verib.

Bu işdə ərizəçinin təsisçisi olduğu “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilib.

Aleksandr Lapşin Azərbaycana qarşı işdə AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) qərar verib. Ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.

Bu iş İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan ərizəçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz daxil olması səbəbindən saxlanılması, həbs edilməsi, azadlıqdan məhrum olunması zamanı baş verən olaylarla bağlıdır. Ərizəçi yaşamaq və azadlıq-toxunulmazlıq hüququna müdaxilə baş verdiyini iddia edir.

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar