AİHM
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Bəhruz Həsənovun şikayəti üzrə qərarı elan edib.
Bu barədə aprelin 28-də hüquqşünas Xalid Ağalıyev məlumat yayıb.
Şikayət 2012-ci ildə B.Həsənovun saxlanması və inzibati həbsilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsinin 5-ci bəndinə (azadlıq və şəxsi toxunulmazlıq hüququ) əsasən verilib.
Cəbhəçi hesab edib ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb,
O, həmçinin Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə hüquqlarının pozulması məsələsini qaldırıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın hər iki maddəsi üzrə Həsənovun hüquqlarının pozulduğunu etiraf edib və ona 4500 avro məbləğində kompensasiya ödənilməsini qərara alıb.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır