Siyasət

Avropa Məhkəməsi Azərbaycanla bağlı 7 qərar çıxardı

21 Sentyabr, 2021
480

Rəsmi səhifə

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 21-də Azərbaycandan göndərilmiş 7 ərizə üzrə qərarını elan edib. Ərizələr birləşdirilib, bir qərar çıxarılıb.

Bu barədə "aihmaz.org" saytı məlumat yayıb. 

Zülfiyyə Əliyeva və başqaları Azərbaycana qarşı (66249/16 və başqa altı ərizə)

Bu işdə ərizəçilər Səbail rayon sakinləridir. Onların mənzilləri 2011-12-ci illərdə yol tikintisi zamanı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, sökülmüşdü. Ərizəçilərə hər kv.m üçün 1500 Azərbaycan manatı (AZN) məbləğində təzminat ödənilmişdi, ancaq onlar ümumi məbləğin 30 faizinə barəabər məbləğdə kompensasiyalara əlavəni ala bilməmişdilər.

Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, mübahisə üzrə milli məhkəmələrin qərarları onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 14-cü maddəsi iıə təminat altına alınan mülkiyyət və ayrı-seçkiliyin yolverilməzliyi hüququna zidd olub.

AİHM ərizəçilərin iddialarını əsaslı hesab edib. Məhkəmə ərizəçilərə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozulmasına qərar verib.

Hökumət ərizəçilərə maddi zərərə görə ümumilikdə 43030 (7,930 avro, ərizəçi no.66249/16; 6,580, ərizəçi no.66271/16; 5,880, ərizəçi no.75978/16; 3,640, ərizəçi no.77309/16; 5,900, ərizəçi no.77691/16; 5,500, ərizəçi no.1038/17; 7,600, ərizəçi no.52821/17;), mənəvəvi zərərə görəsə hər birinə 3 000, ümumilikdə 64 min 30 avro təzminat ödəməlidir.

Siyasət

Rəşad Ramazanov saxlanılıb

21 May 2022

Açıq mənbələrdən götürülüb

Bloger Rəşad Ramazanovun saxlandığı bildirilir.  Həyat yoldaşı Könül Ramazanova Meydan TV-yə bildirib ki, o, mayın 20-də günorta saatlarında evdən çıxarkən saxlanılıb. Könül Ramazanovanın sözlərinə görə, həyat yoldaşını əvvəlcə Sabunçu rayonu, 14-cü polis bölməsinə aparıblar.  Rəşad Ramazanov özü bölmədən evlə əlaqə saxlayıb və orada olduğunu deyib. "Mən dərhal ora getdim. Orada dedilər ki, guya Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Bildirdilər ki, bölmədə yoxdur. Amma sonradan öyrəndim ki, Sabunçu Rayon Polis İdarəsinə aparıblar. Yenə narkotiklə şərləmək istəyirlər”, – Könül Ramazanova bildirib. O əlavə edib ki, baş verənlərlə əlaqədar həm Ombudsman Aparatına, həm də Daxili İşlər Nazirliyinin "102” zəng mərkəzinə məlumat verib....
Siyasət

Kəlbəcərdəki mövqelər atəşə tutulub

21 May 2022

Rəsmi səhifə

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə mayın 21-də Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Seçilmiş Videolar

Toplum TV loqo