Siyasət

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 3 qərar verib

25 May, 2022
1041

Reuters

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 25-də Azərbaycanla bağlı daha 3 qərarı elan edib.

Qərarları “aihmaz.org” saytı dərc edib. 

Məlumatda bildirilir ki, qərarlar mahiyyəti üzrə deyil, hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmalar əsasında çıxarılıb.

“Hümeyir Əhmədov Azərbaycana qarşı” məhkəmə işi hüquq-mühafizə orqanlarının ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

Ərizəçi iddia edib ki, ölkədən çıxışına qadağa qoyulması onun Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təminat altına alınan hərəkət azadlığı hüququnu pozub.

O, həmçinin bu pozuntunu mübahisələndirə bilməsi üçün ölkə daxilində effektiv müdafiə vasitələrinin (Konvensiya, maddə 13) mövcud olmadığını iddia edib.

Sözügedən işdə tərəflər dostca anlaşıb.

Anlaşmaya görə, hökumət mənəvi zərərə görə ərizəçiyə 5000, xərc və məsrəflərə görə isə 1000 avro ödəməlidir.

“Rəşad Niftəliyev və başqaları Azərbaycana qarşı” işindəki 5 ərizəçi “Yehova Şahidləri” dini icmasının üzvləridir.

Onlar 2011-ci ildə Gəncə şəhərində keçirilən dini ayin zamanı saxlanılıb, polisə aparılıb.

Bir gün sonra məhkəmə qarşısına çıxarılıb, dini məclislərin təşkili və keçirilməsi qaydalarının pozulmasında günahkar bilinib, inzibati qaydada 500-1500 AZN cərimə olunublar.

Şikayətləri yuxarı məhkəmələrə rədd edilən ərizəçilər AİHM qarşısında iddia ediblər ki, şəxsi həyata hörmət (dini etiqad azadlığı (Maddə 9), toplaşmaq azadlığı (Maddə 11) və ayrı-seçkiliyin qadağan olunması (Maddə 14) hüquqlarına müdaxilə olub.

Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları tanıyıb.

Mənəvi zərərə və xərclərə görə ərizəçilərin hər birinə 3000 avro ödəməyi təklif edib.

Ərizəçilər hökumətin bəyannaməsindəki təklifləri qəbul etməsələr də, AİHM bəyannaməni əsas götürüb.

Qərara görə, ərizəçilərin hər birinə 3 min avro (cəmi 15 min avro) ödənilməlidir.

“Hüseynov və Mirqasımova Azərbaycana qarşı” işi ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icra edilməməsi ilə bağlıdır. Ərizəçilər AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu iddiasını qaldırıb.

Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıb.

Anlaşmaya əsasən, hökumət ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icrasını təmin etməli və birinci ərizəçiyə 2350, ikinci ərizəçiyə isə 3850 avro mənəvi zərər və xərclərin əvəzini ödəməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

ABŞ-ın yeni səfirinin Azərbaycana gələcəyi vaxt məlum oldu

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək. Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 29-da "Turan" informasiya agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.  Bildirilir ki, karyera diplomatı olan Libbi, təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayından, Li Litzenberqer postunu tərk etdikdən sonra Vaşinqton Azərbaycanda səfir təyin etməmişdi. https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Libbinin Bakıya gəlişi dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığından bir neçə gün sonraya təsadüf edir. Libbi karyerası ərzində Brüsseldə ABŞ-ın Avropa İttifaqı yanında missiya rəhbərinin müavini vəzifəsində çalışıb. O, həmçinin ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi...
Siyasət

Vaşinqton jurnalistlərin həbsiylə bağlı Bakıya çağırış edib

29 Noyabr 2023

Rəsmi səhifə

ABŞ bir həftə ərzində dörd jurnalistin həbsindən sonra Bakını insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb. Toplum TV xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi "Turan" informasiya agentliyinin sorğusuna cavabında bildirib.  "Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığını həyata keçirənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırırıq", - Dövlət Departamentinin nümayəndəsi əlavə edib.  https://toplum.tv/siyaset/pblinken-eliyeve-zeng-edib-quotnarahatliq-doguran-meqamlariquot-muumlzakire-edibp Niyə USAID bu regionda hücumların hədəfinə çevrilib - sualına Departamentin nümayəndəsi belə cavab verib: "USAID-in yardım layihələrilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. USAID-in dünyadakı bütün proqramları azad və...

Seçilmiş Videolar

Toplum TV loqo