Siyasət

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir neçə qərar çıxardı

8 İyul, 2021
1281

Rəsmi səhifə

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 8-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir neçə qərarını elan edib. 

Bu barədə "aihmaz.org" saytı məlumat verib. 

Saytın məlumatına görə, məhkəmə şikayətlərdə iddia edilən pozuntuların əksəriyyətini tanıyıb.

Elnur Məmmədov və İdrak Abbasov Azərbaycana qarşı

AİHM bu qərrında ərizəçilərin iddia etdikləri pozuntuların əksəriyyətini – azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarının pozulmasına qərar verdi (E.Məmmədova münasibətdə Konvensiyanın 5 və 10-cu, İ.Abbasova münasibətdə 10-cu maddələrinin pozulması). Qərara əsasən, hökumət E.Məmmədova 6 min, İdrak Abbasova isə 4500 avro mənəvi zərər əvəzi təzminat ödəməlidir. Xərc və məsrəflərə görə, ərizəçilərin hər birinə 1000 avro ödənilməlidir.

AİHM bu işdə jurnalist olan ərizəçilərin azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozulmasına qərar verib. Qərar qəti olduqdan sonra hökumət E.Məmmədova İdrak Abbasova isə ödəməlidir.

Bu məhkəmə işi 2009-cu ildə baş vermis olaylarla bağlı idi. Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları olan ərizəçilər “Milli Yol” qəzetinin ofisində həyata keçirilən polis əməliyyatından bilgi toplamağa yollanmışdılar. Ərizəçilər çəkiliş apararkən mülki geyimli şəxslər onlara müdaxilə etmişdi – jurnalistlər söyülmüş, qolları burulmuş, çəkiliş aparmaları əngəllənmiş, foto və video alətləri əllərindən alınmışdı. Ərizəçilərdən Məmmədov zorla avtomobilə mindirilmiş və 1 saatlıq “gəzintidən” sonra tanımadığı bir ərazidə sərbəst buraxılmışdı. Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.

Əli Həsənov Azərbaycana qarşı

AİHM bu qərarında Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı hüququ) pozulduğuna qərar verib. Hökumət ərizəçiyə ümumilikdə 1700 avro təzminat ödəməlidir.

Bu iş də ifadə azadlığı hüququnun mübahisələndirilməsi ilə əlaqəliydi. Ərizəçi journalist, qəzet redaktoru idi. Müharibə iştirakçısı olan veteran haqda məqaləsinə görə, məhkum edilmiş ərizəçi mübahisəli məqalələrin müəllifi olmadığını iddia etsə də, yerli məhkəmələr məqalələrin müəllifinin ərizəçi olması, başqa adlarla yazması, məqalələrin aşağılayıcı olmasını müəyyən etmişdi. Ərizəçi təhqirə görə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bu işdə AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilmişdi.

Solmaz Salmanova Azərbaycana qarşı

AİHM bu işin qəbuledilməz olmasına qərar verib.

Məhkəmə işi mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlıydı. Ərizəçiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzil verilmiş, ancaq ev məcburi köçkünlər tərəfindən zəbt edilmişdi. Yerli məhkəmələr ərizəçinin mənzilə yerləşməsinin evi zəbt etmiş köçkünlər öz yurd-yuvalarına (Xocalı) qayıdana qədər ertələmişdi.

Solmaz Orucova Azərbaycana qarşı;
Eyyub Tahirov Azərbaycana qarşı;

AİHM hər iki şikayəti qəbuledilməz hesab edib.

Bu məhkəmə işləri mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pzountusu iddiaları ilə bağlı idi. Ərizəçilərin sahibi olduqları əmlaklar sökülüb, onlara təzminat tam verilməmişdi.

Siyasət

Human Rights Watch Tofiq Yaqublunun döyülməsindən yazdı

4 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı həbsxanada artıq 29 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib. "Turan"-ın məlumatında bildirilir. “Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib. Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti yenə də insanların...
Siyasət

Tofiq Yaqublu prokurorluqda ifadə verdi

3 Dekabr 2021

Sosial Media

Millu Şuranın və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublu amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbayel Rayon Prokurorluğunda 4,5 saat ifadə verib. Vəkil Nemət Kərimli "Turan"-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır. Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir. Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə "hadisə yeri"nə baxış təyin edilib. Dekabrın 1-də Bakının mərkəzində AXCP fəalı Saleh Rüstəmovun həbsxanadan azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirilib. Polis 40-a yaxın şəxsi saxladıqdan sonra sərbəst buraxıb. 5 nəfər barəsində isə məhkəmə...
Seçilmiş Videolar