Siyasət

Avropa Şurası Azərbaycana çağırış etdi

3 Dekabr, 2021
371

UNIAN


Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı toplaşmaq azadlığına dair milli qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyasına uyğunluğunu təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Komitə dərin narahatlıqla qeyd edib ki, hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin “Qafqaz Məmmədovun qrupu” işi üzrə qərarlarının icrası ilə bağlı çoxdan gözlənilən planları hələ də təqdim etməyib. "Turan"-ın məlumatında bildirilir. 

Komitə qeyd edir ki, Avropa məhkəməsi 30-dan çox işdə icazəsiz dinc nümayişlərin dağıdılması və saxlanmalar,  həmçinin ədalətsiz hökmlər və həbslər zamanı ərizəçilərin toplaşmaq azadlığının çoxsaylı pozulmasını müəyyən edib.

Avropa Şurası xatırladır ki, dinc toplaşmaq azadlığı demokratik cəmiyyətdə fundamental hüquqdur və onun əsaslarından biridir. Bu işlərdə müəyyən edilmiş problemlər xüsusilə milli qanunvericilik və praktikanın Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına uyğunsuzluğuna 2016-cı ildən Komitədə baxılır.

Lakin bu qrup üzrə ilk qərar qəti olduqdan beş il sonra, Komitənin əvvəlki qətnamələri isə nöqsanların düzəldilməsilə bağlı görülən tədbirlər barədə ətraflı məlumat verməyə çağırsa da,  hakimiyyət bunu etməyib.

Bununla əlaqədar Komitə Azərbaycan hakimiyyətini görülən və ya planlaşdırılan tədbirlər üzrə hərtərəfli fəaliyyət planını dərhal təqdim etməyə çağırıb.

Müxalifətçi fəal Qafqaz Məmmədovun işi 2010-2014-cü illərdə sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlı 30-dan çox şikayətdən birincisi olub və Avropa İnsan Hüquqları tərəfindən təmin edilib.  İş üzrə qərar 15 oktyabr 2015-ci ildə qəbul edilib və 14 mart 2016-cı ildə qüvvəyə minib.

Bu qərarların icrasında problem ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti toplaşmaq azadlığı sahəsində qanunvericiliyi və praktikanı yaxşılaşdırmır. Bundan əlavə, bəzi ərizəçilərə kompensasiya ödənilməyib, ya da tam ödənilməyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Paşinyan köçkünlərə 40 mindən çox yaşayış yeri ayrıldığını açıqlayıb

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçən erməni sakinlər üçün ölkəsində 40 mindən çox yaşayış yeri hazırlandığını açıqlayıb. Toplum TV xəbər verir ki, bu haqda baş nazir sentyabrın 22-si hökumət iclasında bildirib. O, erməni sakinlərin Qarabağda qalmasının qeyri-mümkün olduğu halda Ermənistana gələ biləcəklərini vurğulayıb. "Biz hər şeyi etməliyik ki, soydaşlarımız öz evlərində qorxmadan və ləyaqətlə yaşasınlar", - Paşinyan deyib. https://toplum.tv/siyaset/psusa-yolunda-ermenilerin-qelebe-simvolu-olan-tank-goumltuumlruumlluumlbp Baş nazir, həmçinin Ermənistan hökumətinin məqsədinin ermənilərin Qarabağdan çıxarılması olmadığını diqqətə çatdırıb. 
Siyasət

Avropa İttifaqı Qarabağ ermənilərinə 500 min avro ayırır

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Avropa İttifaqı Qarabağda şiddətlənən döyüşlərdən zərər çəkmiş erməni sakinlər üçün 500 min avro humanitar yardım edəcək. Toplum TV bildirir ki, bu haqda sentyabrın 22-si Avropa İttifaqının böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç açıqlayıb. Lenarçiçin qeyd etdiyinə görə, sakinlərə həm də sığınacaq və psixoloji dəstək göstərilməsi nəzərdə tutlub. "Qarabağda münaqişənin genişlənməsi mülki əhali üçün ciddi nəticələrə səbəb olub. Buna cavab olaraq, Aİ məcburi köçkünlərə dəstək üçün təcili humanitar yardım olaraq əlavə 500.000 avro səfərbər edir. Biz vəziyyəti diqqətlə izləyirik və əlavə yardım təklif etməyə hazırıq. Aİ atəşkəsi alqışlasa da, mən münaqişənin bütün tərəflərini humanitar təşkilatların maneəsiz və dərhal çıxışını təmin...

Seçilmiş Videolar

Toplum TV loqo