Avropa Şurası
Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti fevralın 23-dən 25-dək Azərbaycanın Avropa Yerli Özünüidarə Xartiyasına uyğunluğunu monitorinq edəcək.
AŞ-ın mətbuat xidməti fevralın 23-də xəbər verib ki, iki həmməruzəçi - Bernd Feringer (Almaniya) və Stüart Dikson (Böyük Britaniya) 2012-ci ildə baş tutmuş öncəki monitorinqindən sonra baş verən hadisələrə diqqət ayıracaqlar.
Pandemiya ilə əlaqədar məruzəçilər Konqresdəki Azərbaycan milli nümayəndə heyəti, yerli və regional hakimiyyət orqanlarının milli assosiasiyaları, Milli Məclisin Regional əlaqələr komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədri və Azərbaycanın insan hüquqları üzrə müvəkkili ilə onlayn görüşəcəklər.
Onlar həmçinin ədliyyə nazirinin müavini, Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri və Bakı şəhər icra hakimiyyətinin və digər yerli hakimiyyət orqanlarının nümayəndələri ilə də görüşəcəklər.
Görüşlərin yekununa əsasən hesabat hazırlanacaq və daha sonra ona Monitorinq Komitəsi tərəfindən baxılacaq.
Azərbaycan Avropa Yerli Özünüidarə Xartiyasını 2002-ci ildə ratifikasiya edib. Xartiyanı təsdiqləyən ölkələrdən onun müddəalarına riayət etmələri tələb olunur. Xartiya Avropada yerli özünüidarəetmənin əsasını təşkil edən minimum hüquqlar toplusunun həyata keçirilməsini tələb edir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi AŞ-yə üzv 47 dövlətdə bu prinsiplərə riayət edilməsini təmin edir ("Report").
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb